Sergey Korolyov (, ; ) — sovet alimi ukrayna mənşəlidir, kosmik raket texnikası üzrə konstruktor, təşkilatçı və kosmik tədqiqatlar təşkilatçısı.
Onun rəhbərliyi altında OKB-1-də kosmik uçuşlar üçün raketlər və gəmilər hazırlanırdı. Onun ideyaları və aparıcılıq stili sovet kosmik tədqiqatlarınıın istiqamətini müəyyənləşdirmişdir. Onun layihələndirdiyi ilk raketlərdən olan "Soyuz" bu gündə tətbiq olunmaqdadır.
Həyatı Korolyov kiçik ikən onun valideynləri Mariya Korolyova və Pavel Korolyov ayrılırlar. Ona görə də, o, nənəsinin himayəsi altında Nişində böyüməli olur. Erkən vaxtlarından o uçuşla maraqlanır və yerli dərnəklərdə mühərriksiz təyyarələrin düzəldilməsi ilə məşğul olur. Sonra o, Moskva Aviasiya İnstitutunda təhsil alır.
Fəaliyyəti thumb|140px|R-7 raketinin modeli, Moskva
1930-cu illərdə Korolyov raketlərin düzəldilməsi ilə məşğul olur. 27 iyun 1938-ci ildə Stalinin təmizləmə siyasətinin qızğın çağında o başqa rəqibi, mühəndis Qluşkonun satqınlığı nəticəsində həbs olunaraq 10 il müddətinə sürgün edilir. Başqalarından fərqli olaraq Korolyov öz cəzasını alimlər üçün nəzərdə tutulmuş xüsusi "Şaraşka"da çəkməli olur. Orada şərait çətin olmağı ilə bərabər Korolyov həm də güllələnməkdən qorxurdu. 1942-ci ildə o Kazana köçürülür. Burada Korolyov başqa mühəndislərlə birlikdə qırıcı təyyarələr üçün mühərrik üzərində işləyir. 1944-cü ildə Andrey Tupolevin səyi nəticəsində Korolyov azadlığa buraxılır.
İkinci dünya müharibəsindən sonra Korolyov sovet raket proqramının başçısı təyin olunur. Onun məqsədi sivil raketlərinin yaradılması idi. 1945-ci ildə Korolyov başqa həmkarları ilə Berlinə alman raket proqramını öyrənməyə göndərilir. Burada o fon Braunun işləri ilə tanış olmağa və onun Amerikaya gedə bilməyən işçilərini axtarmağa başlayır. 1945-ci ildə o Nordhausen şəhərinə köçür.
1946-cı ildə Korolyov alman raket mütəxəssisləri ilə birlikdə Sovet İttifaqına qayıdır. Bunların arasında Verner fon Braunun assistenti Helmut Qrötrup və aerodinamika üzrə mütəxəssis Verner Albring var idi. Korolyovun rəhbərliyi altında alman mütəxəssisləri Qorodomila (Tver ərazisi) adasında raketlərin yaradılması üzərində işləyirlər. Amerikaya aparılmış almanlardan fərqli olaraq SSRİ-yə gətirilmişlər çətin şəraitdə işləyirdilər. Amerikada onlara vətəndaşlıq verilsə də, digərləri faşizmin qalibləri tərəfindən istismar olunan biliklərini verməli idilər.
Korolyovun ən böyük nailiyyətlərindən R-7 raketi və ilk Sputnik-1-in buraxılışı (1957), kosmosda ilk insan – Yuri Qaqarin (1961) kosmos texnikasının tarixində önəmli rol oynamışlar, Sovet ay proqramının hazırlanması.
Korolyov 1966-cı ildə xərçəng xəstəliyindən əməliyyat keçirilən zaman ürək zəifliyindən dünyasını dəyişmışdır. Ona cənazəsinin külü olan qab Kreml divarına hörülmüşdür.Черток Б. Е. Горячие дни холодной войны / Ракеты и люди. — 2-е изд. — : МАШИНОСТРОЕНИЕ, 1999.
Mənbə Энциклопедия КОСМОНАВТИКА, издательство "Советская энциклопедия" 1985
Xarici keçidlər Tərcümeyi halı (rusca) Korolyov haqqında arxiv materialları Korolyovun ev muzeyi
İstinadlar
Kateqoriya:Raket alimləri Kateqoriya:Rusiya mühəndisləri Kateqoriya:Ukrayna alimləri Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Sov.İKP-nin XXI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Kolorektal xərçəngdən ölənlər Kateqoriya:Maşınqayırma mühəndisləri Kateqoriya:SSRİ mühəndisləri Kateqoriya:SSRİ polkovnikləri Kateqoriya:Mərkəzi Mexanika Mühəndisliyi Araşdırma İnstitutunun alimləri Kateqoriya:İkiqat Sosialist Əməyi Qəhrəmanları Kateqoriya:Ukrayna mühəndisləri