Nürnberq () — Bavariyanın (Almaniya) orta hissəsində yerləşmiş şəhər. Nürnberq öz əhalisinə görə Bavariyada 2-ci, Almaniyada isə 14-cü yerdədir. Mərkəzi Frankoniyanın böyük sənaye şəhəridir.

Tarixi Şəhərin əvvəli 1000–1040-cı illərə gedib çıxır. Həmin vaxtlarda Saksoniya, Bavariya, Şərqi Frankoniya və Böhmen ərazilərinin sərhəddlərinin möhkəmlənməsi ərəfəsində mühüm yolların kəsişən yerdə yaranmışdır. Burada salınan şəhər 1050-ci ildə ilk dəfə olaraq imperator İİİ Haynrihin verdiyi sənəddə "nuorenberg" (yəni daşlı dağ) kmi qeyd olunur. İmperatorun dayaq nöqtəsi kimi şəhər tezliklə məşhurlaşır.

1219-cu ildə imperator İİ Fridrix Nürnberqi azad şəhər elan edir. Bununla kiçik qraflıqların sonu çatır. Sonuncu qraf Vİ Fridrih öz titelini 1427-ci ildə şəhər bələdiyyəsinə satır.

Nürnberq bir çox imperatorların sevimli şəhərinə çevrilir. Bunların arasında İV Karl 1356-cı ildə burada qızıl öküz qoyur. 1423-cü ildə imperator Ziqmund imperiya klaynodlarını Nürnberqə verir.1470–1530-cu illər şəhərin çiçəklənmə dövrü adlanır. Şəhərin varlanmasına burada mövcud olan peşəkarlıq və onun avropada ticarət mərkəzində yerləşməsi əlverişli şərait yaratmışdır. Bu dövrdə Nürberq Köln və Praqa ilə birlikdə Roma imperiyasının ən böyük şəhərləri sayılırdılar.

30 illik müharibədə Nürberq bir çox hadisələrin mərkəzində olmuşdur. Şəhər zəbt edilməsə də onun ətrafında olan ərazilərəin talan olunması şəhərə iqtisadi cəhətdən güclü ziyan vurmuşdur. Müharibədən sonra 1649-cu ildə Nürnberqdə sülh sazişinin tərəfdarları bir neçə gün bu hadisəni bayram etmişlər.

Nürberqdə əsas hadisələrdən biri 1796–1806-cı illərdə baş verir. Bu ərəfədə Prussiya onunla qonşu olan Ansbaxı tutduqdan sonra Nürnberqidə ələ keçirir. Ancaq sonra Prussiya Nürberqdən onun borcunun çox olması ucundan imtina edir. Şəhərdə hökm sürən kasıblıq, korrupsiya və özbaşnalıq onun dağılma qorxusunu yaramışdır. Almaniya imperiyasının 25 fervral 1803-cü il qərarına əsasən Nürnberq fransızlar tərəfindən tutulana qədər azad qalır. 15 sentyabr 1806-cı ildə fransız ordusu şəhəri Bavariya şahlığına verir. Bavariya şahlığı şəhərin borclarını öz üzərinə götürərərk onun ödənilməsini tənzimləyir. Bavariya qanununa əsasən katoliklər protestantlarla eyni hüquqlu elan edilir.

XİX əsrin ortasında Nürberq sənaye mərkəzinə çevrilir. 1835-ci ildə ilk dəfə olaraq Almaniyada sərnişin qatarı Fürt və Nürnberq arasında işə salınır. XİX əsrin ikinci yarısında Nürnberqdə bürünc folyelərdən ibarət külçələrin hazırlanması ixtira edilir.

1920-ci ildə Nürnberqdə nasional sosialistlərin ilk yığıncaqları keçirilir. Buna baxmayaraq şəhər əsasən sosial demokratların mərkəzi hesab edilirdi.

Nasional sosialstlərin hakimiyyətə gəldikləri vaxt Nürnberq onların özəklərinin yerləşdiyi mərkəzə çevrilir və propaanda aparılmaısnda böyük rol oynayır. İkinci dünya müharibəsi ərəfəsində elə bu səbəbdən Nürnberq güclü hava hücumlarına məruz qalır. Müharibədən sonra şəhərin 90%-dən çoxu uçmuş hesab edilirdi. Ona görə də, hətta şəhəri qoyub başqa yerdə şəhər salmaq ideyaları da ortaya gəlir.

Müharibədən sonra bu şəhərdə tarixdə məşhur olan "Nürberq prosessləri" keçirilərək İİ dünya müharibəsində günahı olanlar hakim olunurlar.

Müharibədən sonra şəhər təmizlənərək demək olar ki, yenidən salınır. Bu zaman arxitektorlar əvvəlki şəhər strukturuna əsas götürərək qədim və orta əsr abidələri müəyyən qədər bərpa olunur.

Əhalisi

Əhali artımı 1870 ilə qədər olan rəqəmlər təxmini rəqəmlərdir. Ondan sonrakılar şəhərin rəsmi orqanları tərəfindən aparılmış siyahı əsasında tərtib olunmuşdur. İl Sayı 1397 5.626 1485 36.000 1622 40.250 1827 37.012 1 dekabr 1871 ¹ 83.200 1 dekabr 1890 ¹ 142.590 1 dekabr 1900 ¹ 261.022 1 dekabr 1910 ¹ 333.142 16 iyun 1925 ¹ 392.494 16 iyun 1933 ¹ 410.438 İl Sayı 17 may 1939 ¹ 401.672 13 sentyabr 1950 ¹ 363.224 6 uyun 1961 ¹ 420.711 27 may 1970 ¹ 473.555 30 iyun 1975 503.900 30 iyun 1980 483.900 30 iyun 1985 466.100 27 may 1987 ¹ 470.943 30 iyun 1997 491.700 2002 493.397 2003 494.400 ¹ Əhalinin yenidən siyahıya alınmasının nəticələri Vətəndaşlığına görə Xarici Ölkə Rezidentləri Yer Ölkə Əhali (31.12.2018)1 17,0852 13,3273 11,8934 6,9865 5,7906 5,6147 5,3278 4,8499 4,34810 3,09711 2,90312 2,206

Coğrafiya

İqtisadiyyat

Ətraf mühit

Rayonları

Memarlıqı

Mədəniyyəti

Təhsil

İdman

Nəqliyyatı

Tanınmış sakinləri

Xüsusiyyətləri Nürnberqi özünəməxsus görkəmi vardır. O həm Almaniyada, həm də bütün dünyada məşhur olan əlamətlərlə fərqlənir. İlk dəmir yolu, burada yaşamış Albreht Dürer kimi insanlar, muzeylər şəhərə şöhrət gətirmişdir. Nürberq orta əsrlərdə oyunçaq istehsalı üzrə dünyada məşhur olmuşdur. Bu tarixi əlamətlərdən başqa şəhərdə Adolf Hitlerin fəaliyyəti də şəhərin tarixinə düşmüşdür. Burada çoxlu sayda paradlar keçirilmişdir.

Müasir Nürnberqi məşhur edən orada hər il keçirilən xristian bayramındakı bazardır (Christkindlmarkt). Şəhərin mərkəzi meydanı çoxlu sayda kiçik çadır satıcı piştaxtaları ilə dolur. Meydanda yarmarkalar, oyuncaqlar quraşdırılır. Bu yarmarka 2–3 həftə davam edir. Hər il Nürnberq yarmarkasına 2 milyona qədər turist gəlir.

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Almaniya şəhərləri Kateqoriya:Bavariya şəhərləri