« Əlliüçüncü ilin soyuq yayı» () — rejissor Aleksandr Proşkinin 1987-ci ildə çəkdiyi film.
Məzmun Filmdəki hadisələr 1953-cü ildə, Lavrenti Beriyanın tezliklə həbs olunmasından sonra baş verir. Filmin baş qəhrəmanları «Luzqa» adlandırılan Sergey Basargin (Valeri Priyomıxov) və «Kopalıç» adlandırılan Nikolay Straboqatovdur (Anatoli Papanov). Luzqa müharibə illərində kəşfiyyat polkunun kapitanı olmuş, alman mühasirəsinə düşmüş, lakin oradan qaçdıqdan sonra ona "vətən xaini" adı verilmişdir. Keçmiş baş mühəndis Kopalıça isə "ingilis casusu" damğası vurulmuşdur. Bir gün 6 nəfər həbsxanadan qaçmış quldur onların kəndinə soxulur. Onların yaşadığı kəndin Mankov adlı bir polisin PPŞ avtomatı olsa da, o, quldurlar tərəfindən öldürülür. Həmin quldurların öhdəsindən isə "vətən xaini" Luzqa gəlir...
Film haqqında Film aktyor Anatoli Papanovun kinoda son işidir. Film SSRİ dövlət mükafatına layiq görülmüşdür. Film 1989-cu ildə "Nika" mükafatı ilə təltif olunmuşdur. Filmə 1988-ci ildə 41,8 milyon izləyici baxmışdır. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi — Eqdar Dubrovski Rejissor — Aleksandr Proşkin Operator — Boris Brojovski Səs operatoru — Aleksandr Sıqankov Rəssam — Valeri Filippov Montaj — Yelena Mixaylova Bəstəkar — Vladimir Martınov Dirijor — Vladimir Ponkin Rollarda Valeri Priyomıxov — Sergey Basargin («Luzqa») Anatoli Papanov — Nikolay Staroboqatov («Kopalıç») Yuri Kuznetsov — İvan Zotov Vladimir Kapşur — Fadeiç Nina Ustaova — Lidiya Matveyevna Viktor Stepanov— Mankov Zoya Buryak — Şura Vladimir Qolovin — Baron Aleksey Kolesnik — Kryuk Andrey Dudarenko — Mixalıç Viktor Kosıx — Muxa Sergey Blasov— Vityok Yelizaveta Solodova — Kopalıçın arvadı Boris Plotnikov — Kopalıçın oğlu Epizodlarda Darya Kaprova — qoca Kirill Labutin Tatyana Lebedkova
Mükafatları SSRİ dövlət mükafatı (1989) "Nika" mükafatı — ən yaxşı oynanılmış filmə görə (1989) Beynəlxalq kinofestival prizi, Xixone, İspaniya (1989) "İlin ən yaxşı filmi" (1988) Valeri Priyomıxova ən yaxşı aktyor prizi (1988) Anatoli Papanova SSRİ dövlət mükafatı (1989).
Xarici keçidlər
Kateqoriya:SSRİ filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:1987-ci ilin filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:1950-ci illər haqqında filmlər Kateqoriya:Rusiya filmləri Kateqoriya:Dramlar