Ali Xalafalla () — Misirli üzgüçü. Ali Xalafalla Misiri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası Ali Xalafalla birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 22.25 saniyəlik nəticəsi ilə 23-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Xalafalla bu nəticə ilə Misirin rekordunu qırdı.
Mənbələr
İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında üzgüçülər