Voyeykov boğazı — Sakit okeanda Kuril adalarının Kiçik Kuril cərgəsində yerləşən boğaz. Yuri adasını Zelyonı adasından ayırır. Boğazın uzunluğu 2 km-dir. Boğaz riflərlə əhatələnmişdir. Boğazın eni 740–925 metrə qədər dəyişir. Boğazın dərinliyi 14–50 metrdir. Burada dərinliyi 3 və 5,8 metr olan dayazlıqlar vardır. Tanfilev adasıda yerləşən Bolotnıy burnundan şimal-şərqdə dərinlik 6,3 metrə qədər azalır.

Boğaz rus coğrafiyacısı və iqlimşunas Aleksandr Voyeykovun (1842–1916) şərəfinə adlandırılmışdır.

İstinadlar

Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış boğazlar