Banger vahəsi (Banger-Hills; ) — Antarktika vahəsi. Antarktida sahillərində yerləşir. Mouson dənizinin kənarında Noks sahilində qərarlaşır. Vahə ABŞ təyyarəçisi Devid E. Banger tərəfindən 1947-ci ilin fevralında aşkarlanmışdır.
Vahənin sahəsi 450 km² (65°58' və 66°20' cənub enliyi, 100°28' və 101°20' şərq uzunluğu. Bəziləri vahənin sahəsinin 750 km² və hətta 942 km²-dir) təşkil edir. Vahə buzdan tam azad olsa da, ətrafı buzlaqlarla örtülüdür. Cənubdan şərqə iri matarik buzlağının ətəyi, şimaldan isə Şellkton şelf buzlağı ilə əhatələnir. Bu buzlaq onu dənizdən ayırır.
Vahənin relyefi alçaq-təpəlikdir. Burada çoxlu sayda göl vardır. Ən böyük gölün uzunluğu 25 km, dərinliyi isə 137 metrdir. Buradan çoxlu sayda axarlar axır.
1956—1959-cu illər ərzində burada Sovetlərə məxsus olan "Oazis" stansiyası fəaliyyət göstərmişdir.
İstinadlar
Mənbə Russian site about Oasis Station and Bunger Hills Area
Kateqoriya:Antarktika vahələri Kateqoriya:Uilks Torpağı Kateqoriya:Antarktida dağ sistemləri