Kinq-Corc adası (Kral Georq adası, , Vaterloo) — Cənubi Şetland adaları qrupuna daxil olan ən iri ada. Edvard Bransfild tərəfindən Böyük Britaniya və İrlandiya kralı III Georqın şərəfinə adlandırılmışdır. Argentinada adanı may inqilabının şərəfinə Veyntisinko de Mayo () adlandırırlar.
Coğrafi koordinatkarı .
Coğrafiyası thumb|250px|left|Cənubi Şetland adalarının xəritəsi (ingilis variantı) thumb|250px|left|Sönmüş Üç Qardaş vulkanı () Ada şimal-qərbdən cənub-şərqə 16 dəniz mili, şimal-şərqdən cənub-qərbə isə 43 dəniz mili məsafədə uzanırWilliam James Mills. Exploring polar frontiers : a historical encyclopedia. — ABC-CLIO, Inc, 2003. — P. 353–354. — 844 p. — ISBN 1-57607-422-6..
Cənub-şərqi olfuqca parçalıdır. Burada çoxlu sayda buxta və körfəzlər mövcuddur. Şimal-qərbində buxtalar demək olar ki, yoxdur. Adanın böyük qismi buzlaqlarla örtülüdür. Çoxlu sayda mövcud olan təpələr vulkanik məşhəllidir. Bəzi yüksəkliklərin hündürlüyü 500 metr təşkil edir. Buzlaqların hündürlüyü isə 600 metrdir. Burada həmçinin çoxlu sayda göl vardır.
Nelson adasından Faylds boğazı ilə ayrılır. Boğazın eni burada 150 metr təşkil edir. Boğazda çoxlu sayda sualtı daşlar vardır.
Tarixi Ada ilk dəfə 16 oktyabr 1819-cu ildə Uilyam Smit tərəfindən kəşf edilmiş və gözəyarı şəkildə xəritəsi tərtib olmunmuşdur. 22 yanvar 1820 ildə Edvsrd Bransfild adanın dəqiq xəritəsini tərtib etmişdir. Birinci Rus Antarktika ekspedisiyası zamanı isə adaya rus adı olan Vaterloo adlsndırılmışdır. Bu ad Vaterloo döyüşünün şərəfinə verilmişdir. Bir çox xəritələrdə belə Vaterloo olaraq yazılır.
Əhali thumb|left|Çiliyə məxsus olan "Prezident Frey Montavla" və rusiyaya məxsus olan "Bellinshauzen" (sağ) thumb|left Adanın əhalisi əsasən qütb stansiyalarında çalışan elmi işçilərdən ibarətdir.
Çili məxsus olan Prezident Frey Montavla antarktik stansiyasında poçt fəaliyyət göstərir ki, işçilər sərbəst şəkildə məktub göndərə bilirlər. Yay ayları buradan Çilinin Punta-Arenas şəhərinə avia reyslər təşkil edilir. 2004-cü ildə ruslara məxsus stansiya yaxınlığında Müqəddəs Üçlük Kilsəsi fəaliyyət göstərir. Kilsə xadimləri sransiya işçiləri ilə birlikdə öz yerlərini dəyişirlər.
Yay ayları qütb stansiyasına turistlər təşlif buyurur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cənubi Şetland adaları Kateqoriya:Cənubi Şetland adalarına daxil olan adalar Kateqoriya:Cənub okeanının yaşayış olmayan adaları