thumb|450px|Mak-Merdo stansiyası Mak-Merdo () — Antarktida ərazisində yerləşən yaşayış məntəqəsi, liman və araşdırma mərkəzi. Stansiya ABŞ Antarktika proqramına mənsub olsa da digər dövlətlərin araşdırma proqramlarını da həyata keçirir. Ross şelf buzlağının kənarında qərarlaşır. Stansiya Yeni Zelandiyanın ərazi iddiası irəli sürdüyü bölgədə yerləşir. Stansiyadan Yeni Zelandiyaya məsafə 3500 km, Skott stansiyasına olan məsafə isə 5 km-dir. Yayda əhalisinin sayı 1 258 nəfər (1996-cı il), qışda isə 150 nəfər (1999 il) təşkil edir. Ancaq hazırda stabsiyada 1300 nəfər yaşayırZomobo.net/Мак-Мердо

Xüsusiyyətləri Stansiya yaxınlığında Robert Skottun düşərgəsi yerləşir. 1902-ci ildən Antarktidanın paytaxtı rolunu oynayır. Hazırda stansiya müasir elmi mərkəzdir. Burada 3 hava limanı, helikopterlərin eniş zolağı və 100-dən çox tikili mövcuddur. Üstəlik stansiyada cənub qütbünə yaxın mədəniyyət tikilisi olan Qar kilsəsi mövcuddur. 1960-72 illərdə materik ərazisində ilk və hələ ki yeganə atom stansiyası fəaliyyət göstərmişdir. Stansiyada yaranan nasazlıq səbəbindən fəaliyyəti dayandırılmış və reaktor San-Dieqoya göndərilmişdir. Stansiyanı yükləyən matroslar və işçilər sonucda ya xərçəng xəstəliyindən əziyyət çəkir ya da ölürdülər. Hazırda atom stansiyasının yerində bürüncdən xatirə lövhəsi yerləşdirilmişdir.

Bir müddət Antarktida tarixində ilk dəfə AFAN-TV adlı televiziya kanalı fəaliyyət göstərirdi.

Son hadisələr Stansiyanın daimi fəaliyyəti ekoloji çirklənməni artırması və Mak-Merdo — Cənub qütbü şossesi çəkilməsi böyük nararılıqlara səbəb olmuşdur.

Mak-Merdo Antarktida ərazisində yeganə yerdir ki, nümayiş keçirilmişdir. Nümayiş İraq müharibəsi ilə əlaqədar 15 fevral 2005-ci ildə stansiyanın 50 alimi və işçiləri tərəfindən təşkil edilmişdir.

İstinadlar

Mənbə NSF page on McMurdo Virtual Tour - McMurdo Station Antarctica Zimbio - McMurdo Station Antarctica Life and work at the McMurdo Station - from USA Today The Adventures of Sandwich Girl at McMurdo station Phil Jacobsen bigblueglobe United States Antarctic Program Raytheon Polar Services Big Dead Place McMurdo Flights Disc Golf Course Art of Antarctica (including the Mechanical Equipment Center Alternative Art Gallery, or MAAG)

Kateqoriya:Qütb stansiyaları