Aşıq Cəlal Qəhrəmanov () — Azərbaycan aşığı. Aşıqların Bakıda keçirilmiş III qurultayının nümayəndəsi olmuşdur (1961).
Həyatı Cəlal Məhəmməd oğlu Qəhrəmanov 1928-ci il aprelin 28-də Qazax rayonunun Kəmərli kəndində ziyalı ailəsində anadan olmuşdur. Qaymaqlı kənd məktəbini bitirib. Ustad Aşıq Avdı Qaymaqlının məclislərində müntəzəm iştirak edib.. Musiqi Dünyası, 2015" enene.musigi-dunya.az/Aşıq sənəti simalarda
3 il Aşıq Avdı Qaymaqlının yanında şagirdlik etmişdir.
Yüzdən çox qoşması, gəraylısı, müxəmməsi, divanisi, təcnisi, deyişməsi var. Aşığın 23 saz havası Azərbaycan radiosunun "Qızıl fond"una daxil edilmişdir.
"Cəlaloğlu" saz havasının bəstəçisidir. 1961-ci ildə Aşıqların III qurultayının iştirakçısı olmuşdur.
1978-ci ildə vəfat etmişdir. Kəmərli kəndində dəfn olunmuşdur.
1992-ci ildə "Sədəfli saz, məni dindir" şeirlər kitabı nəşr olunmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar