— Hiro Maşimanın manqası və onun əsasında çəkilmiş eyni adlı anime.

2013-cü ilin noyabr ayına, yəni 42-ci cildin çıxan zamana kimi manqanın 25 million nüsxəsi çap olunub.

Məzmun Uydurulmuş dünyada yaşayan sehrbazlar öz gücləri birləşdirib, ödənişli tapşırıqları eləmək üçün gildiyalara birləşirlər. Lüsi Hartfillia adlı sehrbaz hər şeyi dağıdmağına görə bilinən Fairy Tail adlı gildiyada üzv olmaq istəyir.

İstehsal Hiro Maşimanın fikrincə sentimental və məyus olan Rave Master adlı keçmiş layihəni bitirdikdən sonra, o Fairy Tail hekayəsində "[hər kəs üçün] çox şən" olmağı istəyirdi. Onu yaradanda məcusilər ilə sehrbazlardan ilhamlanmışdı. Natsunun dəniz xəstəliyini taksidə həmişə özünü bis hiss elədiyi dostundan alıb.

Media

Manqa Hiro Maşima yazdığı və çəkdiyi Fairy Tail manqası 2006-cı ilin avqustun 2-dən Weekly Shōnen Magazine jurnalında çap olunur. Həmin ilin dekabrın 15-dən, Kodansha nəşriyyatı jurnalda çıxan fəsilləri tankobon toplayıb, cildlərdə buraxmağa başlayıb. Atıq 497 fəsil 57 tankobon cilddə toplanılıb. 2008-ci ildə Weekly Shōnen Magazine jurnalında Flunk Punk Rumble manqa ilə birgə fəsili üzə çıxıb. 2010-cu ilin mayın 17-də isə Fairy Tail+ adlı rəsmi fanbuk buraxılıb. 2011-ci ildə Rave Master adlı Maşimanın başqa layihəsi ilə daha bir birgə one shot fəsili çap olunub.

Spin-off manqa 2014-cü ilin iyulun 17-də Monthly Fairy Tail Magazine jurnalında Fairy Tail əsasında iki spin off manqa çap olunmağa başladı. Hiro Maşima yazdığı və çizdiyi adlı birinci spin off Fairy Tail gildiyanın ilk başı olan Möbius Vamirion haqqındadır. Yusuke Şirato çizdiyi adlı ikinci spin off isə Qrey haqqındadır.

2014-cü ilin avqustun 2-dən 2015-ci ilin dekabrın 1-dək Rui Vatanabe yaratdığı Vendi Mmarvell haqqında adlı spin-off Nakayoshi jurnalında çap olunurdu.

Anime Anime adaptasiyasının rejissoru Şinci İşihara, prodüserləri isə A-1 Pictures, Dentsu Entertainment, və Satelight idilər. Birnci seriyanın ilk nümayişi TV Tokyo kanalında 2009-cu ilin oktyabrın 12-də baş verib. 2013-cü ilin martın 30-da nümayiş kəsilib, həmin ilin aprelin 4-dən isə Fairy Tail Best! adı ilə serial başdan təzədən yayımlayıb. 2014-cü ilin aprelin 5-dən 2016-cı ilin martın 26-dək serialın davamı yayımlanırdı. Bütün serial hərəsində dörd seriya olan 41 DVD-yə yığılıb, buraxılmış. 2016-cı ilin martın 22-də Maşima elan edib ki, serialın davamı hazırlanır.

OVA-lar A-1 Pictures və Satelight altı OVA-nı DVD formatda buraxıb. Hərəsi aztirajlı tankobon manqa cildi ilə bağlıdır. adlı birinci OVA eyniadlı omake manqası əsasında yaradılıb, manqanın 26-cı cild ilə birlikdə 2011-ci ilin aprelin 15-də buraxılmış. adlı ikinci OVA da eyniadlı omake əsasında yaradılıb, manqanın 27-ci cild ilə birlikdə 2011-ci ilin iyunun 17-də buraxılmış.

Anime filmləri Fairy Tail the Movie: Phoenix Priestess adlı tam metrajlı anime 2012-ci ilin avqustun 18-də üzə çıxdı.

Weekly Shōnen Magazine jurnalın 2015-ci ilinin 25-ci nömrəsində ikinci film elan olunub.

Videooyunlar 2009-cu ilin Tokyo Game Show zamanı PlayStation Portable üçün Fairy Tail: Portable Guild adlı oyun ilk dəfə göstərilib.

Audio Animenin bəstəkarı Yasuharu Takanaşidir. Anime musiqisi ilə dörd orijinal CD üzə çıxıb: birincisi 2010-cu ilin yanvarın 6-da, ikincisi 2010-cu ilin iyulun 7-də, üçüncüsü 2011-ci ilin iyulun 6-da, dördüncüsü isə 2013-cü ilin martın 20-də.

İstinadlar

Xarici keçidlər Kodansha nəşriyyatın saytında manqanın rəsmi səhifəsi TV Tokyo kanalının saytında animenin rəsmi səhifəsi

Kateqoriya:2006-cı ilin manqaları Kateqoriya:2009-cu ilin anime serialları Kateqoriya:2011-ci ilin anime OVA-ları Kateqoriya:Şonen manqaları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Komediya anime və manqaları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Kodansha manqaları Kateqoriya:Del Rey Manga Kateqoriya:A-1 Pictures Kateqoriya:Satelight Kateqoriya:TV Tokyo verilişləri Kateqoriya:Madman Entertainment animeləri Kateqoriya:Funimation Kateqoriya:Animax verilişləri Kateqoriya:Filmlərə adaptasiya olunmuş manqalar Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Uydurmada magiya Kateqoriya:Uydurmada ölçü dəyişmək Kateqoriya:Ən yaxşı şonen manqasına görə Kodansha mükafatı qalibləri Kateqoriya:Muse Communication Kateqoriya:2012-ci ilin anime filmləri Kateqoriya:2020-ci ilin videooyunları Kateqoriya:2020-ci ilin videooyunları Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Eççi anime və manqaları Kateqoriya:Dram anime və manqaları