thumb|Translor relsinin en kəsiyi. Translor () — tək rels üzərində şinli təkərlə hərəkət edən tramvay. "Lohr Industrie" fransız şirkəti tərəfindən layihələndirilmişdir. 2012-ci ildə bu texnologiya Alstom şirkətinə satılmışdır..

Texniki xüsusiyyətləri right|thumb|Translorun istiqamətləndirici relsinin (yaşıl) və təkərlərinin (qırmızı) sxemi. thumb|Relslərin kəsişməsi. Kəsişməni keçmək üçün rels lazımi istiqamətə döndərilir. Fransanın Nansi və Kan şəhərlərindəki "Bombardier" şirkəti tərəfindən yaradılmış şinlər üzərində hərəkət edən tramvaydan fərqli olaraq, translorun istiqamətləndirici relsinə iki təkər birləşir. Translor avtonom rejimdə, yəni relslər olmadan hərəkət edə bilmir, çünki sükanlı idarəetmə mexanizmi yoxdur.

Mövcud sistemlər right|thumb|Klermon-Feran Fəaliyyətdə olan Klermon-Feran (Fransa), 13 noyabr 2006-dan Paduya (İtaliya), 24 mart 2007-dən Tyanszin (Çin), mart 2007-dən Şanxay (Çin), 1 yanvar 2010-dan Mestre (Venesiyanın qitə hissəsi, İtaliya), 20 dekabr 2010-dan Paris (Sen-Deni rayonu, Т5 xətti), 29 iyul 2013 Medelyin (Kolumbiya), 15 noyabr 2015 Tikilməkdə olan Akvila (İtaliya) Paris (T6 xətti)

İstinadlar

Xarici keçidlər

Translor və GLT (Guided Light Transit) texnologiyalarının fərqi barədə Dünyanın tramvay və trolleybus şəbəkəsi saytında

Kateqoriya:Tramvay