— Makay no Cuuminin rəssamlığı ilə Şinoqi Kazanami tərəfindən yazılan ranobe seriyası. İlk cildi AlphaPolis nəşriyyatı tərəfindən 2013-cü ilin dekabrında buraxılmışdır. 2016-cı ilin iyununa kimi isə 7 cildi çapdan çıxmışdır. Yoşiyuki Mivanın rəssamlığı hazırlanan manqa adaptasiyası 11 noyabr 2014-cü ildən Alphapolis Web Manga vasitəsilə onlayn şəkildə yayımlanır. Manqanın iki cildi buraxılmışdır.

Məzmun "The New Gate" adlı onlayn oyunun ölüm oyununa çevrilməsi nəticəsində on minlərlə oyunçu bu oyunda ilişib qalır. Lakin ən güclü və keçmiş oyunçulardan biri olan Şinin səyləri nəticəsində bütün oyunçular oyundan çıxa bilirlər. Lakin Şin ən sonuncu bossu məğlub edib hər kəsi azad edəndə qəribə işıq görür və qəflətən özünü 500 il gələcəkdəki oyun dünyasında tapır.

Personajlar / "The New Gate" onlayn oyununun veteran oyunçusudur. Əla döyüşçüdür. Bu oyunda ilişib qalmış oyunçuların xilas edilməsində böyük zəhməti olsa da, özünü 500 il gələcəkdə tapır.

166 sm boyuda, mai gözlü və gümüş saçlı gözəl elfdir. 521 yaşındadır.

"Tsuki no Hokora"-nın satıcısı olan elf qızdır. 157 yaşındadır. Digər elflərdən fərqli olaraq müəyyən lənət üzündən saçı qara rəngdədir.

Media Ranobe Ranobe seriyası Makay no Cuuminin rəssamlığı ilə Şinoqi Kazanami tərəfindən yazılmışdır. İlk cildi AlphaPolis nəşriyyatı tərəfindən 2013-cü ilin dekabrında buraxılmışdır. 2016-cı ilin iyununa kimi isə 7 cildi çapdan çıxmışdır.

Cild siyahısı

Manqa Yoşiyuki Mivanın rəssamlığı ilə manqa adaptasiyası istehsal olunmuşdur. Manqa 11 noyabr 2014-cü ildən Alphapolis Web Manga vasitəsilə onlayn şəkildə yayımlanır. İki cildi buraxılmışdır.

İstinadlar

Xarici keçidlər Manqa nın rəsmi veb-saytı

Kateqoriya:2013-cü ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2014-cü ilin manqaları Kateqoriya:Yaponiya fentezi romanları Kateqoriya:Yaponiya macəra romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Uydurmada ölüm oyunları Kateqoriya:Uydurmada MMORPG-lar Kateqoriya:Uydurmada paralel kainatlar Kateqoriya:İsekay anime və manqaları Kateqoriya:Seynen manqaları