"Gəncə" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tankeriİlham Əliyev Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmilərinin istismara verilməsi mərasimində iştirak edib . president.az, 18.11.2016 . Gəncə şəhərinin adını daşıyır.
İnşası Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan tankerlərdən biridir.
Texniki göstəriciləri Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir.
Bu tanker ən müasir avadanlıqla təchiz olunub.
Fəaliyyət istiqaməti “Gəncə” tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır.
İstismara verilməsi "Gəncə" tankerinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan gəmiləri Kateqoriya:2016-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Kateqoriya:Gəncə