Raykoke — Kuril adaları Böyük Kuril cərgəsi mərkəz qrupuna daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur.
Ada Raykoke vulkanının su səthi hissəsini təşkil edir. Maksimal hündürlüyü 551 metrdir. Ada dairəvi formaya malikdir. Diametri 2 km-dır. Kraterinin dərinliyi 60 metrdir. Adada içməli su yoxdur. Bitki örtüyündən demək olar ki, məhrumdur. Şiaşkotan adasından Kruzenştern boğazı (70 kmşimal-şərq), Qolovnin boğazı ilə Matua adasından (18 km cənubda) ayrılır. Raykokedən 50 km cənubda isə Tələ qayaları yerləşir. İstinadlar
Mənbə Adanın təsviri. Raikoke at Global Volcanism Program.
Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Kuril adaları Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:Sakit okeanın yaşayış olmayan adaları Kateqoriya:Saxalin vilayətinin yaşayış olmayan adaları Kateqoriya:Rusiyadakı stratovulkanlar