Hacı Sultanəli Haşımov (tam adı: Hacı Sultanəli Haşım oğlu Haşımov; ) — xeyriyyəçi.

Hacı Sultanəli Haşımov 1851-ci ildə Bakının Balaxanı kəndində dünyaya gəlib.

Bakıda Nizami metrostansiyasının yaxınlığında yerləşən Hacı Sultanəli məscidi 1904–1910-cu illərdə dövrünün xeyriyyəçi və zəngin adamlarından olan Hacı Sultanəlinin vəsaiti hesabına tikilib.

O, 1921-ci ildə ürək infarktı nəticəsində vəfat edib. Hacı Sultanəli Ləhş bağlarında tikdirdiyi məscidin yaxınlığında dəfn edilib.

İstinadlar

Kateqoriya:Azərbaycan iş adamları Kateqoriya:Azərbaycan xeyriyyəçiləri Kateqoriya:Azərbaycanlı xeyriyyəçilər Kateqoriya:Azərbaycan mesenatları Kateqoriya:Azərbaycanlı mesenatlar