Krilon burnu () — Saxalin adasının cənubunda yerləşən Krilon yarımadasının cənub qutaracağını təşkil edir. Burun Laperuz tərəfindən fransız hərbçisi Lui-Balbes de Krilonun şərəfinə adlandırılmışdır.

Burun şimaldan ensiz, qayalı bərzəxlə Krilon yarımadası ilə birləşir. Qərbdən Yapon dənizi, şərqdən isə Oxot dənizinin Aniva körfəzi suları ilə yuyulur. Cənubdan Laperuz boğazı ilə Hokkaydo adasından ayrılır. Burunda meteoloji stansiya yerləşir. Burada Sakit okean donanmasına aid mayak vardır. Burundan bir qədər aralıda Kamen Opasnosti adası yerləşir.

Mənbə Krilon burnu Krilon burnunun mayakı Krilon mayakı Адмирал С. О. Макаров на мысе Крильон 22 сентября 1895 г

İstinadlar

Kateqoriya:Yapon dənizi burunları Kateqoriya:Oxot dənizi burunları Kateqoriya:Saxalin vilayəti burunları