II Abbad əl-Mötədid () — Abbadilər sülaləsindən ikinci hökmdar.
Həyatı Abbad ibn Əbulqasim Məhəmməd bin Abbad 1012-ci ildə İspaniyanın Seviliya şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı.
II Abbad 1042-ci ildə hökmdarlığa yiyələnmişdi.
II Abbad o illərdə qonşularıyla savaşmaqdan da geri qalmırdı. 1053-cü ilə qədər kiçik Bərbəri xanədanlarını hakimiyəti altına almışdı. Buna baxmayaraq Qranadadakı Zirilər onun qarşısında müvəffəqiyyətlə müqavimət edirdilər. Bu arada Cəzirətülhadranı Hammudilərdən alaraq oğlu İsmaili Kurtuba üzərinə göndərdi. Ancaq İsmail Cəzirətülhadrada bağımsızlığını elan etməyə qərar verdi. Bu səfər də digər oğlu Məhəmməd Zirilərə qarşı Malaqadakı Ərəbləri dəstəkləmək üçün hərəkətə keçdi, fəqət Zirilər bu ordunu məğlubiyyətə uğratdılar, Məhəmməd canını zorla qurtardı. Buna baxmayaraq Abbadilər müluküt-təvaifin ən qüvvətlilərindən biri idi. Taxta keçdiyi zaman "Hacib", bir sürə sonra da "əl-Mutazıd-Billah" ünvanlarını işlədən, siyasi baxımdan son dərəcə qabiliyətli və bacarıqlı olan Abbad, iyirmi yeddi illik hökmdarlıqdan sonra 28 fevral 1069-cu ildə öldü.
Həmçinin bax Abbadilər sülaləsi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Hökmdarlar Kateqoriya:XI əsr ərəbləri Kateqoriya:Əmirlər Kateqoriya:XI əsr Avropa hökmdarları