Anderson Filip Uorren (, ) — Amerika fiziki, Milli Elmlər Akademiyasının üzvü (1967). Nobel mükafatı laureatı (1977, Nevill Mott və Con Van Flek ilə birlikdə).

Həyatı Anderson Harvard Universitetini bitirib (1943). 1949 ildən "Bell-tele fon" şirkətində işləyib. Spektral xətlərin genişlənmə mexanizmlərini, bərk cismlərin maqnit xassələrini, ifrat keçiriciliyi və ifrataxıcılığı, aşqarların cismlərin ifratkeçirici xassələrinə təsirini tədqiq etmiş, maye helium da anizotrop fazanın mövcudluğunu qabaqcadan söyləmişdir. 1967–75 Kavendiş laboratoriyasında N. Mottun yanında işləmiş və onunla birlikdə nizamsız sistemlərin (o cümlədən amorf yarımkeçiricilərin) elektron quruluşu nəzəriyyəsinin əsasını qoymuşdur.

İstinadlar

Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Uzunömürlülər Kateqoriya:Nəzəri fiziklər Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Qo oyunçuları Kateqoriya:ABŞ ateistləri Kateqoriya:XX əsrin fizikləri