Kayseri terror hücumu () - 2016-cı ilin 17 dekabr tarixində yerli vaxtla saat 08:45-də Türkiyənin Kayseri şəhərində yerləşən Ərciyəs Universitetinin qarşısında Türkiyə Silahlı Qüvvələrinin personalına qarşı törədilmiş terror aktı. I nömrəli Komando Birliyininin əsgərlərini daşıyan avtobusunun partladılması nəticəsində 13 hərbçi həlak olub, 55-i yaralanıb. Ölkənin baş naziri Binəli Yıldırım baş vermiş terror aktını terrorçu-kamikadzenin törətdiyini bildirib.

Terror aktının hədəfi kimi I nömrəli Komando Birliyininin əsgərlərinin seçilməsi ölkə mətbuatı tərəfindən geniş müzakirə olunmuşdur. Xüsusi təyinatlı əsgərlərdən formalaşdırlmış I nömrəli Komando Birliyi Türkiyənin Şərqində PKK yaraqlılarına qarşı aparılan hərbi əməliyyatlarda fəal iştirakı ilə tanınmışdır. Türkiyə mətbuatıda bu hədəfin təsadüfü seçilmədiyini bildirməkdədir.

İstinadlar

Kateqoriya:2016-cı ildə Türkiyə Kateqoriya:2016-cı ildə Türkiyədə terror hadisələri