Novqorodski yarımadası — inzibati cəhətdən Primorsk diyarı Xasanski rayonu ərazisində yerləşir. Yarımadada Poset qəsəbəsi yerləşir. Öz adını Novqorodski buxtasından almışdır.
Şimal-qərbdən Ekspedisiya buxtası, cənub-şərqdən isə Novqorodski buxtası ilə əhatələnir. Uzunluğu 5 km təşkil edir. Yarımada materiklə birləşdirən bərzəxin ən dar eni 0,3 km-dir. Yarımadanın sahəsi 6,77 km² təşkil edir. Yarımada ərazisində ən hündür zirvə Postovaya dağıdır (116,7 m).
İstinadlar
Kateqoriya:Primorsk diyarı yarımadaları