Aqafokl (; ) – Sirakuza (Siciliya) şəhərinin hakimi (e.ə. 316 ildən), sərkərdə. Demosa arxalanaraq oliqarxiyanı devirmiş və hakimiyyəti ələ keçirmişdi. E.ə. 313-cü ilədək Siciliyadakı bütün yunan şəhərlərini tutmuşdu. Siciliyanı tamamilə nəzarət altına almaq məqsədilə karfagenlilərlə müharibə aparmışdı. Cənubi İtaliyada brutti tayfalarını tabe etməyə çalışırdı. 304-cü ildə çar titulunu qəbul etsə də, irsi monarxiya yarada bilməmişdir. E.ə. 299 ildə Kerkira (indiki Korfu) Aqafoklnı ələ keçirmişdi. Aqafoklun hakimiyyət illəri Sirakuzanın çiçəklənmə dövrü olmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:E.ə. 289-cu ildə vəfat edənlər Kateqoriya:E.ə. 361-ci ildə doğulanlar Kateqoriya:Qədim Yunanıstan sərkərdələri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri