F&F Tower və ya keçmiş adı ilə İnqilab qülləsi — Panamanın paytaxtı Panama şəhərində yerləşən ofis qülləsi. Tikintisi 2011-ci ildə başa çatdırılmışdır. Göydələn 2011-ci ilin top-10 göydələnindən biri seçilmiş, dizaynına və funksionallığına görə Emporis Göydələn Mükafatında 7-ci yerdə göstərilmişdir. Panama şəhərinin simvolik tikililərindən biridir.
Haqqında Ümumi hündürlüyü 242,9 metrdir. Hündürlüyünə görə Panamada 9-cu, Latın Amerikasında 14-cü yerdədir. Tikintisi zamanı şüşə və gücləndirilmiş betondan istifadə edilmişdir.
Qalereya
İstinadlar
Həmçinin bax Panama şəhərinin ən hündür tikililərinin siyahısı
Kateqoriya:Panamadakı göydələnlər