Nensi Viçer Lenqhorn Astor, Vikontessa Astor (; ) — Böyük Britaniya İcmalar palatasının ilk qadın üzvü

Bioqrafiya Amerikalı milyonçu Çizuell Lenqhornun qızı. Gənc yaşında ilk həyat yoldaşı ilə boşandıqdan sonra Böyük Britaniyaya köçmüşdür orada sənayəçi sülaləsindən olan media-maqnat Vilyam Uoldorf Astora ərə getmişdir.

Siyasi karyerası Ledi Astor 1919-cu ildə İcmalar Palatasının deputatı oldu və ümumilikdə 25 il parlamentdə işlədi. O, ailə və qadınların sosial problemlərinə böyük diqqət yetirirdi və alkoqola qarşı çıxış edənlərdən idi. Parlamentdəki ilk çıxışında alkoqolu bütün problemlərin əsası olduğunu söyləmişdir, 1923-cü ildə isə yalnız 18 yaşına çatan şəxslərə spirtli içkilərin satışı haqqında qanun layihəsi ilə çıxış etmişdir.

Həmçinin dünya siyasətinə fəal maraq göstərirdi. Əvvəlcə Nensi və onun əri Böyük Britaniyanın baş naziri olan Nevill Çemberleni dəstəkləyirdilər və nəyin bahasına olursa-olsun nasist Almaniya ilə sülhün bərpa edilməsinin tərəfdarları idilər, amma Britaniya 1939-cu il sentyabrın 3-də İkinci Dünya müharibəsinə daxil olduqdan sonra, Çemberlenin hökumətinin nasizmə qarşı passiv münasibətlərinin tənqidçiləri oldular. Lakin Astor Vinston Çörçillin siyasətini də dəstəkləmirdi.

1945-ci ildə Astor müharibədən sonrakı ilk seçkilərdə öz namizədliyini irəli sürmədi və ömrünün son iki onilliyini siyasətdən kənarda keçirtdi.

Məşhur sitatları Ledi Astor — Əgər mən sizin arvadınız olsaydım, Vinston, onda sizin kofenizi zəhərləyərdimÇörçill – Əgər mən sizin əriniz olsaydım, mən onu içərdim (Vinston Çörçill, 1912-ci il)

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Birləşmiş Krallıq Mühafizəkarlar Partiyası siyasətçiləri Kateqoriya:Birləşmiş Krallığın qadın siyasətçiləri Kateqoriya:İngiltərə antikommunistləri