1959 Aralıq dənizi Oyunları, rəsmi olaraq III Aralıq dənizi Oyunları kimi tanınır, digər adı Beyrut 1959 — təşkil olunmuş sayca üçüncü Aralıq dənizi Oyunları. Afrika və Avropadakı turnirlərdən sonra Aralıq dənizi Oyunları Asiyada ilk dəfə Livanın Beyrut şəhərində keçirildi və beləliklə, yarış Aralıq dənizinə aid üç qitənin hər birində təşkil olundu.

Oyunlar 1959-cu ildə 11 oktyabrdan 23 oktyabra qədər 12 gün ərzində keçirildi. Yarışda 11 ölkədən 792 idmançı (hamısı kişi) iştirak etdi. 17 müxtəlif idman növü üzrə ümumilikdə 106 medal dəsti uğrunda mübarizə aparıldı. Fransa yarışı zirvədə başa vurdu. İlk dəfə iştirak edən Birləşmiş Ərəb Respublikası (BƏR) ikinci, Türkiyə isə üçüncü yeri tutdu.

İştirakçı ölkələr

(66) (69) (55) (180) (2) (14) (83) (28) (91) (162) (42)

İdman növləri 1959-cu il Aralıq dənizi Oyunlarının idman proqramına 16 idman növü üzrə yalnız kişilərin iştirak etdiyi 106 yarış daxil idi. 1955-ci il oyunlarından qalan otüstü xokkey, rolikli xokkey və reqbi kimi üç idman növü proqramdan çıxarıldı. Avarçəkmə yarışı da keçirilmədi. Ötən yarışda baş tutmayan 8 sərbəst güləş yarışı yenidən təqdim olundu, yelkənli idman növündə isə yalnız bir yarış keçirildi (1955-ci ildə üç yarış təşkil olundu).

Medal cədvəli

İstinadlar

Xarici keçidlər 1959 - BEYROUTH (LIB) at International Committee of Mediterranean Games official web site Mediterranean Games Athletic results at gbrathletics website

Kateqoriya:1959-cu ildə çoxnövlü idman yarışları Kateqoriya:1959-cu ildə Livanda idman Kateqoriya:Livanda çoxnövlü idman yarışları Kateqoriya:Beyrutda idman yarışları Kateqoriya:İllərinə görə Aralıq dənizi Oyunları Kateqoriya:Livanda keçirilmiş beynəlxalq idman yarışları Kateqoriya:1950-ci illərdə Beyrut