Almeriya () — İspaniyanın Andalusiya bölgəsində yerləşən şəhər. İspaniyanın cənub-şərqində, Aralıq dənizi sahilində yerləşir. Almeriya vilayətinin mərkəzidir. X və XI əsrlərdə Kordoba xilafətinin tərkibinə daxil olan şəhər ticarət, tekstil sənayesi, xüsusilə də ipək istehsalı sayəsində zənginləşmişdir. Şəhər bir çox dəfə hücuma məruz qalmış və 1489-cu ildə xristianların hakimiyyəti altına düşmüşdür. 1522-ci ildə şəhər baş verən zəlzələ nəticəsində dağılmış, lakin XIX əsrə qədər heç vaxt əvvəlki vəziyyətinə qayıda bilməmişdir. 1939-cu ildə İspan vətəndaş müharibəsi ərzində şəhər almanlar tərəfindən bombardman olunmuşdur. İqtisadiyyatı yenidən qurulduqdan sonra əsas diqqət tərəvəz istehsalına yönəlmişdir.
Demoqrafiya Almeriya öz müsəlman əhalisinin sayına görə, digər bütün İspaniya şəhərləri ilə müqayisədə fərqlənir. Bir çox mənbəyə əsasən, şəhər əhalisinin 11-20%-ni müsəlmanlar təşkil edir.
İllər üzrə əhali sayı aşağıdakı şəkildə formalaşmışdır: 1999: 169,027 2001: 170,994 2003: 176,727 2005: 181,702 2007: 189,798 2009: 188,810 2011: 190,349 2012: 191,443 2013: 192,697 2014: 193,251
İqlim
Şəhərdə keçirilmiş beynəlxalq tədbirlər 2005 Aralıq dənizi Oyunları
thumb|900px|center|Şəhərin panoraması
Həmçinin bax İspaniya Andalusiya İspaniya şəhərləri
İstinadlar
Xarici keçidlər
Rəsmi sayt Андалусия: Впечатляющие теплицы Альмерии и нищета африканских иммигрантов Грандиозные теплицы Альмерии
Kateqoriya:İspaniya şəhərləri Kateqoriya:X əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:İspaniyanın Aralıq dənizi ətrafındakı liman şəhərləri Kateqoriya:İslam tarixi Kateqoriya:955-ci ildə yarananlar