Dmitri Vladimiroviç Andreykin (, 5 fevral 1990, Ryazan, Rusiya Sovet Federativ Sosialist Respublikası) Rusiya şahmatçısı, qrosmeyster (2007).

2010-cu il gənclər arasında Dünya Çempionatının qalibidir.

2011-ci ildə Baku Open turnirində 2–3-cü yerləri bölüşdürmüşdür.

2012-ci ilin avqustunda Andreykin Moskvada keçirilən 65-ci Rusiya Çempionatının qalibi olmuşdur.

2013-cü ilin iyununda Mixail Talın Xatirə turnirində Andreykin ən aşağı əmsallı oyunçu idi, lakin yarış boyu səkkiz heç-heçə etməsi və Vladimir Kramniki məğlub etməsi ilə üçüncü yeri bölüşdürdü.

2013-cü ildə Norveçdə keçirilmiş Dünya Kubokunda Andreykin Vladimir Kramnikə məğlub olaraq ikinci oldu. Bu nəticə ilə o, 2014-cü il Namizədlər turnirinə vəsiqə aldı.

2014-cü il oktyabr-noyabr aylarında Daşkənddə keçirilən FİDE Qran-Pri turnirində o, 2852 performans ilə yarışın qalibi oldu.

İstinadlar

Xarici keçidlər

Dmitry Andreikin. Chess-DB.com Dmitry Andreikin. 365chess.com Dmitry Andreikin. fide.com Dmitry Andreikin. chessgames.com Dmitry Andreikin. chess24.com

Kateqoriya:Rusiya şahmatçıları Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Şahmat qaralamaları Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Ryazanda doğulanlar