Ağanatiq — film rejissor Cabir İmanov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Planet Parni iz Baku Filmsin istehsalıdır. Filmdə əsas rolları Cabir İmanov, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Tahir İmanov, Ələkbər Əliyev və Tünzalə Ağayeva ifa edirlər.

Məzmun Əfsanəvi "Planet Parni iz Baku" KVN komandasının unudulmaz və sevimli obrazı-Ağanatiq (Cabir İmanov) bu dəfə yeni komediyada, tam fərqli performansda. Filmdə iş belə gətirir ki, sıravi taksi sürücüsü Ağanatiq kriminal hadisənin şahidinə çevrilir. Qəhrəmanımız bu vəziyyətdən çıxmaq üçün köməyə yaxın dostlarını çağırır. Bütün gözlənilməz hadisələr də məhz bundan sonra başlayır.

Film haqqında Film kiçik büdcəyə, 16–17 günə çəkilib. Film Cabir İmanovun ilk rejissor işidir.

Film heyəti Ssenarist: Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Məmmədəli Kazımov, Cabir İmanov Rejissor: Cabir İmanov Operator: Nadir Mehdiyev Prodüser: Tahir İmanov, Cabir İmanov Bəstəkar: Elçin İmanov

Rollarda Cabir İmanov — Ağanatiq Bəhram Bağırzadə Azər Məmmədzadə Tahir İmanov Ələkbər Əliyev Tünzalə Ağayeva Emil Abbasov Şahin Nəsirov Ziba Şücai Elçin İmanov

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2017-ci ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Xarici keçidlər Azərbaycanın plagiat film və serialları – SİYAHI

Kateqoriya:2017-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Azərbaycanca filmlər