Azərbaycan–Kanada münasibətləri — Azərbaycan Respublikası ilə Kanada arasındakı mövcud ikitərəfli əlaqələr.
Tarixi Kanada Azərbaycan Respublikasının müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdırAzərbaycan — Kanada münasibətləri. mfa.gov.az, 15.08.2013.
Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin avqust ayının 10-da qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az.
Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi 2004-cü ilin sentyabr ayında açılmışdırAzərbaycan Respublikası və Kanada arasında münasibətlər. mfa.gov.az, 22.02.2016. Kanadanın Türkiyə Respublikasındakı səfiri həmçinin Azərbaycana akkreditə olunmuşdur. Hazırda səfir Kris Kuterdir"Mədəni layihələrlə əlaqələrimizin yaxşı başlanğıcını qoymuşuq" . medeniyyet.az, 01.02.2017.
Parlamentlərarası əlaqələr 2006-cı ilin noyabr ayında Kanada Parlamentində Kanada–Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilmişdir. Qrupun sədri 2013-cü ilin məlumatlarına görə Kanada Parlamentin Mühafizəkarlar partiyasından olan üzvü Barri Devolindir.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az. Bu işçi qrupu 5 dekabr 2000-ci ildə yaradılmış və ilk rəhbəri Samur Novruzov olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az. 4 mart 2016-cı il tarixindən Fuad Muradov işçi qrupunun rəhbəridir.
Müqavilə-hüquq bazası İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 4 sənəd imzalanmışdır.
İqtisadi əlaqələr
Ticarət 2015-ci ildə Kanadadan Azərbaycana idxal 16632,1 min ABŞ dolları, ixrac əməliyyatları isə 223722,6 min ABŞ dolları məbləğində olmuşdurAzərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Azərbaycanın Xarici Ticarət Əlaqələri (yanvar-dekabr 2015). 2015-ci ilin yanvar-dekabr aylarında idxal və ixraca dair göstəricilər . Bakı, 2016, səh. 9..
Turizm Bakıda Kanada şirkətlərinə məxsus beşulduzlu iki otel – "Four Seasons" və "Fairmont" otelləri fəaliyyət göstərirİlham Əliyev Kanadanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib . president.az, 27.10.2016.
Əmtəə dövriyyəsi (min doll.) İlİxracIdxalÜmumi dövriyyəsi20081 168 29519 7131 188 00820091 200 000 31 0001 231 0002010542 00020 000562 0002020594,5215 127,5415 722,062021221 406,3712 002,75233 409,122022640,2112 499,5613 139,7720231 405,7229 050,5830 456,320241 294,35165 509,06166 803,41
Mədəni əlaqələr 2006-cı ildən etibarən Kanadada keçirilən Niaqara Beynəlxalq Musiqi Festivalında Azərbaycan mütəmadi iştirak edir. Festival çərçivəsində Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri keçirilmişdir.
Müxtəlif vaxtlarda Kanadada Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin – Müslüm Maqomayev, Çingiz Sadıqov, Alim Qasımov və başqalarının yaradıcılığına həsr olunmuş tədbirlər keçirilmişdir.
2010–2011-ci illərdə azərbaycanlı məcburi köçkünlərin həyatından bəhs edən və İzabel Hüberin müəllifi olduğu "Gülnarənin donu" () adlı tamaşa Kanadanın müxtəlif şəhərlərində nümayiş etdirilmişdir.
12–14 sentyabr 2014-cü il tarixlərində Kanadanın Monreal şəhərində "Azərbaycan film festivalı" keçirilmişdir.
24–25 oktyabr 2015-ci il tarixlərində Kanadanın Toronto şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin "Oyan!" adlı konserti təşkil olunmuşdur.
Humanitar əlaqələr
Tələbə mübadiləsi Azərbaycan Respublikasının Hökuməti tərəfindən qəbul olunmuş "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007–2015-ci illər)" çərçivəsində 100 nəfərə yaxın azərbaycanlı gənc təhsil almaq üçün Kanadanın müxtəlif universitetlərinə göndərilmişdir.
Diaspora
Kanada azərbaycanlıları
İdman sahəsində əməkdaşlıq thumb|1994 Qış Olimpiya Oyunlarının gümüş medalçısı olmuş Kanada idmançı Filip Laroşa həsr olunmuş Azərbaycan poçt markası (1995)
Futbol qarşılaşmaları
İstinadlar
Xarici keçidlər Azərbaycanin Kanadaki səfirliyi Rəsmi sayti Türkiyədəki Kanadanin səfirliyi Rəsmi sayti İkitərəfli münasibətlər Azərbaycan-Kanada münasibətləri