Prostaqlandinlər — tsiklopentan molekuluna birləşmiş birinin ucunda karboksil qrupu olan iki karbohidrogen zəncirini daşıyan prostan turşularının törəmələrinə prostaqlandinlər deyilir. Prostan turşusu molekulunun müxtəlif yerlərində hidroksil, karbonil və bəzən də ikiqat rabitələrin əmələ gətirdiyi birləşmələr isə təbii prostaqlandinlərdir.

Prostaqlandinlərin kəşfi tarixindən Prostaqlandinlərin kəşfi keçən əsrin otuzuncu illərinə təsadüf edir. 1933–1935-ci illərdə ingilis alimi Qoldblatt və isveçli alim Ulf fon Eyler bir-birindən asılı olmayaraq toxum mayesinin və toxum plazmasının qeyri-adi xassəyə malik olmasını müşahidə etmişlər. Onlara görə tədqiq edilən maddə heyvanların qan təzyiqini aşağı salır və uşaqlığın yığılma qabiliyyətini artırır. Ulf Eyler prostat vəzinin ekstraktından aldığı hormona oxşar maddəyə prostaqlandin adını vermişdir. Sonralar müəyyən edildi ki, prostaqlandinin nəinki insan orqanizmində, habelə müxtəlif heyvan orqanizmələrinin müxtəlif üzvlərində tapılmışdır. Məsələn, toxumluqda, yumurtalıqda, mədədə, bağırsaqda, qaraciyər-də, gözün əlvan təbəqəsində, timusda, böyrəklərdə, əsəb toxumlarında və digər orqanlarda prostaqlandinlərə rast gəlinir. Eyler toxum plazmasını, insan və heyvan prostat vəzisini ekstraksiya edərək onun kimyəvi və farmakoloji xassələri üzərində tədqiqat aparmışdır. Aparılan tədqiqatlardan məlum olmuş-dur ki, prostaqlandin suda, asetonda, spirtdə, xlorformda və efirdə yaxşı həll olur. Qızdırılmaya qarşı davamsız, turş mühitə davamlı və turş xassəyə malik maddədir. Lakin təmiz halda prostaqlandinin alınması Eylerə nəsib olmadı. Təmiz kris-tallik halda prostaqlandinin alınması və onun ətraflı tədqiqi Eylerin tələbəsi Sune Berqstremə məxsusdur. Təxminən otuz il keçdikdən sonra S. Berqstrem 1957-ci ildə ilk dəfə olaraq vezikulyar vəzindən bir neçə milliqram F prostaqlandini kristal-lik halda almağa nail oldu. Prostaqlandinin ekstraksiyasında fosfat buferindən istifadə edildiyinə görə F prostaqlandini kimi işarə edilmişdir. Alınmış F prostaqlandini 102–103 °C dərəcədə əriyən, molekul kütləsi 356 olan, doymamış turşu təbi-ətli birləşmə olduğu müəyyən edildi. Bir neçə il keçdikdən sonra vezikulyar vəzini efir ilə ekstraksiya etdikdə, ərimə temperaturu 115–117 0C, molekul kütləsi 350 olan ikinci müvafiq E prostaqlandini də kristal halda ayırmağa müvəffəq oldular. Sonralar S. Berqstremin rəhbərliyi altında E1, F1, F2 prostaqlandinləri ekstraksiya yolu ilə ayırmış və quruluşları fiziki və kimyəvi üsullarla təsdiq edilmişdir. Prostaqlandinlər sahəsində elmi- tədqiqat işləri yalnız İsveç, Norveç və digər Şimal ölkələrinin birgə yaratdığı xüsusi proqramdan sonra daha da genişlənməyə başladı. Prostaqlandinlər sahəsində elmi-tədqiqat işlərinin ilkin mərhələsi 1964-cü ildə başa çatdı. Məhz bu ildə S. Berqstrem və onun əməkdaşları bir neçə ton dondurulmuş qoyun prostat vəzini emal edərək, ekstraksiya yolu ilə kristallik prostaqlandini almış, onun bioloji xassə-lərini öyrənmək üçün geniş sınaqlar keçirmişlər. 1964-cü ilin may ayında ilk dəfə olaraq bir-birindən asılı olmayaraq İsveçdə Berqstremin, Hollandiyada isə Vandorunun rəhbərliyi ilə tərkibində dörd ikiqat rabitəsi olan araxidon turşusundan ferment katalizatorundan istifadə etməklə E2 prostaqlandinin sintezinə nail olundu. Ferment katalizatoru kimi qoyunun vezikulyar vəzindən istifadə olunmuşdur. Beləliklə, prostaqlandinlər tamamilə yeni əsasda fermentativ sintez üsulu ilə alınmağa başlandı. Axır on illiklərdə bu və ya başqa yol ilə onlarla müxtəlif növ prostaqlandinlər alınmış və quruluşları müxtəlif üsullarla təsdiq edilmişdir. Göründüyü kimi ilk prostaqlandinin alınmasından 80 ildən artıq il keçir. Bu sahədə görülən elmi işlərin aktuallığını nəzərə alan Nobel mükafatı təqdim edən elmi komissiya əldə edilən nəticələri iki dəfə fiziologiya və təbabət üzrə mükafatlandı-rmışdır.

Prostaqlandinlərin bioloji fəallığı 800px|thumb|centre|prostaqlandinlərin sintezi

Ayrı-ayrı prostaqlandinlərin yüksək bioloji fəallığını nəzərə alan alimlər bu sahədəki elmi-tədqiqat işlərini daha da dərinləşdirməyə başladılar. Sintez edilmiş və ya canlı orqanizmdən ayrılmış prostaqlandinlər oksigenli əvəzedicinin təbiətindən və ya sayından, həmçinin ikiqat rabitələrin tsiklopentan halqasındakı vəziyyətindən asılı olaraq, onları A, B, J, D, E, F, G, H və s. latın hərfləri ilə işarə edərək müxtəlif tiplərə bölmüşlər. Hər bir prostaqlandin tipinin daxilində də bir neçə sıra vardır. Yan zəncir hissəsində yerləşən ikiqat rabitənin sayı və yerlərinə görə bir-birindən fərqlənir və PGE1, PGF2, PGF3 (prostaqlandin-PG) kimi 1,2,3 və s. rəqəmləri indeks şəklində işarə edilir. Onlar prostaqlandin molekulunda olan ikiqat rabitələrinin sayını göstərir. Adətən hidroksil qrupu (OH) tsiklopentan halqasının müxətlif vəziyyətlərində yerləşə bilər. Belə halda rəqəm indekslərinin axırına α, β, γ kimi yunan hərfləri də yazılır. Məsələn: PGF2α, PGF1β və s. Təbii prostaqlandinlər hamısı α-konfiqurasiyada olur. Əvvəldə qeyd etdik ki, prostaqlandinlər orqanizmin istənilən üzvünün toxumalarında rast gəlinir. Lakinonların miqdarı olduqca az olur. Çünki orqanizm özü üçün nə qədər prostaqlandin lazımdırsa o qədər istehsal edir və sonra da onu sərf edir. Başqa sözlə, orqanizmdə prostaqlandin ehtiyatını yaratmır. Ortaya belə sual çıxır. Hansı maddələr prostaqlandinlər üçün ilkin maddə (substrat) rolunu oynayır? Aparılan tədqiqatlardan məlum olmuşdur ki, prostaqlandinlərin biosintezi üçün lazım olan ilkin substrat rolunu eykozatrien, eykozatetraen (araxidon) və eykozapentaen kimi polien turşuları oynayır. Qeyd edilən polien turşuları orqanizmin toxumalarında tərkibində ikiqat əlaqəsi olan linol turşusundan əmələ gəlir. Lakin linol turşusu canlı orqanizmdə sintez edilmir və yalnız qida ilə orqanizmə daxil olur. Orqanizmdə linol turşusu araxidon turşu-suna çevrilir. Araxidon turşusu isə orqanizmdə sərbəst halda yaşaya bilmədiyindən tez toxumalarda olan fosfolipidlərə qoşu-lur. Beləliklə, hüceyrədaxili fosfolipidlərin əsas hissəsini təşkil edən araxidon turşusu prostaqlan-dinlərin alınması üçün ilkin maddə rolunu oynayır. Toxumalardakı A2 fosfolipaza fermentinin təsiri ilə araxidon turşusu fosfolipidlərdən sərbəst halda ayrılır. Sonra isə araxidon turşusu prostaqlandinsintetaza poliferment kompleksinin tərkibinə daxil olan yağ turşu-larının tsiklooksigenazanın təsirinə məruz qalaraq, nəticədə bioloji aktiv aralıq məhsul olan endoperoksid prostaqlan-dinlərini əmələ gətirir. Bunları, həmçinin PQG1 və PQG2 adlandırırlar. Yeri gəlmişkən onu qeyd etmək lazımdır ki, prosta-qlandinlərin müxtəlif hüceyrə və toxumalardakı biosintezinin son məhsulu eyni olmur. Məsələn, endoperoksid prostaqlan-dinlərinin əsas hissəsi E və G prostaqlandin tiplərinə çevrilir. Onların arasında ən çox pay PGE2, PGQ2a və PGD-nin üzərinə düşür. A tipli prostaqlandin PGE prostaqlandinin dehidratasiyasından alınır. V və S tipli prostaqlandinləri isə PGA-da olan tsik-lopentan halqasındakı ikili əlaqənin izomerləşməsi nəticəsində əldə edilmiş olur. Damar divarlarında yerləşən PGS2 tipli endoperoksiddən isə yuxarıda artıq bəhs etdiyimiz prostatsiklin adı ilə çox məşhur olan xüsusi tip T2 prostaqlandini əmələ gəlir. Trombositlərdə və eləcə də xüsusi hüceyrələrdə PGH2 aralıq məhsulundan tərkibində oksigen saxlayan altıüzvlü halqası olan tromboksan alınır. Tromboksanlarda A və V tipində olub, prostaqlandinlər kimi bir neçə sıraya bölünür.

Prostaqlandinlərin təsir mexanizmi 250px|thumb|right|Prostaglandin Məlumdur ki, prostaqlandinlər çox yüksək fəallığa malik bioloji maddələr olub, onlara universal molekulyar bionizamlayıcı adını veriblər. Bu məqsədlə, prostaqlandinlər bioloji təsir mexanizmini aydınlaşdırmaq üçün bəzi biokimyəvi prosesləri yenidən nəzərdən keçirmək ehtiyacı vardır. Bildiyimiz kimi, bir hüceyrədən və ya toxumadan siqnalı ötürmək üçün müxtəlif kimyəvi birləşmələrdən istifadə edilir. Əsəb sistemi tərəfindən göndərilən əmrə əsasən daxili sekresiya vəziləri tərəfindən ifraz edilən hormonlar, məhz qeyd edilən kimyəvi birləşmələrdir. Hədəf hüceyrəsinin xarici səthinə çatan hormon və öz xüsusi ötürücüsü ilə birləşərək orada yerləşir. Nəticədə hüceyrə membranın xarici hissəsində bu nahiyədə yerin xassəsini dəyişir. Bu dəyişmə öz növbəsində membran səthinin daxilində yerləşən fermentlərin fəallığını da dəyişir. Hüceyrə daxilində baş verən proseslərdə mühüm rol oynayan fermentlərdən biri də adenilattsiklazadır (ADT). ADT nisbətən sadə nukleotid olan tsiklikadenozinmonofosfatın (TAMF) sintezi üçün lazım olan fermentdir. Normal vəziyyətdə ADT qeyri-fəaldır. Əgər hormon öz ötürücüsü ilə hüceyrə membranının xaricinə təsir etdikdə, onda ADT fəallaşır. Bu halda ehtimal edilir ki, ADT fermentinin işlənməsi üçün iştirakı labüd olan maqnezium ionları üçün membranın keçiriciliyini dəyişir. Bu isə öz növbəsində hansı isə hələlik məlum olmayan üsulla hüceyrənin daxilindəki digər fermentləri fəallaşdırır. Beləliklə, siqnal hüceyrənin daxilinə düşdükdə əsəb sistemi-hormon-adenilattsiklaza- TAMF- hüceyrənin fermentləri estafeti işə düşür. Orqanizmin hər bir hüceyrəsinə eyni zamanda və ya ardıcıl olaraq çoxlu sayda hormonlar hücum edir və bunların hamısının təsiri ADT vasitəsilə başqasına ötürülür. Göründüyü kimi ADT çoxsaylı siqnalların və maddələr mübadiləsi yollarının "keçid qapısı" rolunu oynayır. Təbii ki, belə canlı "keçid qapısı"nda mütləq bir nizamlayıcıya ehtiyacın olmağı labüddür. Nizamlayıcı bəziləri üçün daşınma axınını bağlamalı və bəziləri üçün açmalıdır. Məhz belə nizamlayıcı rolunu prostaqlandinlər ifa edir. Hələlik qeyd edilən mürəkkəb məsələni protaqlandinlərin necə yerinə yetirməsinə dair ən kiçik məqamlar haqqında məlumatlar yox dərəcəsindədir. Təkcə o fakt məlumdur ki, prostaqlandinlər ADT fermentinə ingibitorlaşdırıcı (ləngidici) təsiri göstərir. Məsələn, orqanizmdə həddən artıq TAMF sintez edilsə, ondan orqanizmdə fəlakət baş verə bilər. Ona görə də orqanizmin belə fakt ilə qarşılaşmasını aradan götürmək üçün qəza açarına bənzər bir vasitə olmalıdır ki, onun köməyi sayəsində TAMF sintezi bir anda dayandırılsın. Bu rolu qeyd etdiyimiz kimi prostaqlandin oynayır. Prostaqlandinin köməyilə ADT fermentinin fəallığı ləngidilir və TAMF-in miqdarı normaya düşür və nəticədə hüceyrələrdə qayda yaranır. Yuxarıda deyilənlərdən aydın olur ki, protaqlandinlər olduqca müxtəlif olub orqanizmin istənilən üzvünə və toxumasına təsir edə bilər. Prostaqlandinlərin adenilattsiklaza mexanizmi universal xarakter daşıyır 84–85 çox sayda mübadilə proseslərində iştirak edir. Lakin ehtimal edilir ki, prostaqlandinlərin bioloji təsir mexanizmi təkcə ADT ferment-inin ingibitorlaşması ilə bitməyib, başqa bioloji təsir mexanizmləri də ola bilər. Ola bilsin ki, prostaqlandinlər özləri də hüceyr-ələrarası kimyəvi xidmətçi rolunu oyna-sın. Bu hal bir daha onu göstərir ki, hüceyrələrin xaricində elə xüsusi ötürücülər vardır ki, onlar prostaqlandinlər ilə qarşılıqlı təsirdə olur. Deməli, prostaqlandinlər nəinki hüceyrə daxilində, habelə hüceyrə xaricində də nizamlayıcı rolunu oynaya bilər.

Prostaqlandinlərin tətbiqi Son on illiklərdə prostaqlandinlər xalq təsərrüfatında geniş tətbiq sahələri tapmışdır. Bu hər şeydən əvvəl onunla izah olunur ki, prost-aqlandinlərin bioloji təsir spektri həddən artıq genişdir. Digər tərəfdən onların fəallığı gözləniləndən də artıqdır. Məsələn, bir gün ərzində insan orqanizmində sintez edilən prostaqlandinlərin miqdarı bir milliqramdan azdır. İnsan orqanizmində hər hansı fizioloji dəyişikliyi etmək üçün isə prostaqlandinlərin cəmi bir mq-nın bir milyonda bir hissəsini bədənə yeritmək bəs edir. Son vaxtlarda aparılan elmi-tədqiqat işlərindən məlum olmuşdur ki, prostaqlandinlərin ən başlıca tətbiq sahəsi mamaçalıq və ginekologiyadır. Məlumdur ki, hal-hazırda uşaqlığın və başqa saya əzələli üzvlərin yığılma qabiliyyətini artırmaq üçün hipofiz vəzinin hormonu olan oksitosindən geniş istifadə edilir. Lakin aparılan təcrübi faktlardan məlum olmuşdur ki, oksitosin dölün inkişafına mənfi təsir göstərir. Eston alimi Yulo