Türk — türklərin əfsanəvi əcdadı, bəzi mənbələrə görə Bibliyadakı Yafətin oğlu, Nuhun nəvəsi. Türkün Yafətin nəslindən gəlməsi erkən dövr müsəlman etnogenealogiyalarında qeyd edilir. Əbulqazi Bahadır xanın "Şəcərəyi türk" əsərinə görə Türk Yafətin səkkiz oğlundan biridir və Yafət Türkü öz yerinə seçərək digər oğullarına onu hökmdar kimi tanımağı və ona tabe olmağı əmr edir. Əfsanəyə görə oğuz türklərinin əcdadı Oğuz xan Türkün nəslindəndir.

Tarixi mənbələrdə qeyd edilməsi

Orta əsrlərdə

200px|thumb|left|Peyğəmbərlərin və hökmdarların tarixi. Təbəri Hələ VIII əsrə aid ərəb dilində yazılmış əsərlərdə görülən ilk müsəlman etnogenealogiyalarında türklər slavyanlar və Yəcuc və Məcuc xalqları ilə birlikdə Yafət nəslinə aid edilir.Калинина, 2001, с. 96. Təbəri (IX–X əsrlər) Yafətin nəslindən gələnlər arasında ət-Türkün adını çəkir, digər bir yerdə isə (VIII əsr) istinad edərək təkrar onun adını çəkir.Калинина, 2001, с. 92. X əsr yaşamış Məsudi "oğlaq altında", yəni şimalda yaşayan Yafət nəslinin nümayəndələri haqqında yazırdı; onların arasında ət-Türk də var idi. X əsrə aid anonim müəllif tərəfindən yazılmış "Müxtəsər əl-əcaib" əsəri Yafətin nəslindən gələnlərə ət-Türkü də aid edirdi.Калинина, 2001, с. 93. Anonim müəllif tərəfindən farsca yazılmış "Mücmal-ət-təvarix" əsəri (XII əsr) türklərin Yafətin nəslindən olduğu qeyd edilir, soy başlarının arasında Türkün də adını çəkir. Tarix, ilahiyyat və tibb mövzusunda ərəbcə əsərlər yazmış İsgəndəriyyə patriarxı (X əsr) də Ət-Türkü Yafətin nəslindən gələnlər arasında çəkir.Калинина Т. М. Арабские средневековые учёные о конткатах хазар и славян // Восточная Европа в древности и средневековье. — М., 1999. — С. 59.

Rusiya tarixçisi görə türklərin əminliklə Yafətin nəslinə aid edilməsi, çox güman ki, ərəb müəlliflərin özlərinin çıxartdığı nəticədir.Калинина, 2001, с. 97.

Х əsrdə İtaliyada yazılmış "İosipponun kitabı"nda Yafətin nəvəsi Toqarmanın 10 oğlunun adı çəkilir; onlardan birinin adı da Türkdür. "Ən qədim dövrdən bəri tatarların tarixi" kitabına görə burada xəzərlərdən ayrılıb, macarlara qoşulan türk tayfası kəbərlər nəzərdə tutulur.История татар с древнейших времен / Под ред. М. А. Усманова. — Казань: Рухият, 2002. — Т. I. — С. 303. — 551 с.

Yeni dövrdə XVII əsrdə yaşamış Əbulqazi Bahadır xan "Şəcərəyi türk" əsərində yazır ki, tufandan sonra Nuhun üç oğlu — Ham, Sam və Yafət və üç qızı sağ qalır. Yafət atasının buyruğuna əməl edərək Volqa və Yaik çaylarının sahilində məskunlaşır. Yafətin səkkiz oğlu var idi: Türk, Xəzər, Səhləb, Rus, Min, Çin, Keymari və Tarix. Əbulqaziyə görə Yafət Türkü öz yerinə seçdi və digər oğullarına onu hökmdar kimi tanımağı və ona tabe olmağı əmr etdi.Файзрахманов Г. Л. Древние тюрки в Сибири и Центральной Азии. — Казань: Мастер Лайн, 2000. — С. 89. — 188 с. — ISBN 5-93139-069-3. Qırğızıstan tarixçisi görə Əbulqazinin əsərində türk xalqlarının əfsanəvi əcdadları Türk və Oğuz xan vahid nəsil ağacına əlaqələndirilib və bu obrazlar vasitəsilə qırğızların mənşəyi ilk dəfə Yafətlə əlaqələndirilib.Мокеев А. М. Исламская концепция истории кыргызского народа // Исламская цивилизация в Центральной Азии. — Астана, 2007. — Сентябрь. — С. 288.

XIX əsr Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində Yafətin oğlu Türk haqqında belə yazırdıОразаев Г. М.-Р. Исторические сочинения Дагестана: на тюркских языках: тексты, комментарии. — Махачкала: Эпоха, 2003. — С. 87. — 332 с.:

Rus tədqiqatçısı görə Türk Xəzər dənizindən Koreya körfəzinə qədər olan ərazidə məskunlaşan tayfaların əcdadı hesab edilir. Türkün yeddinci nəslində əkizlər dünyaya gəlir: Tatar və Monqol. Əbulqaziyə görə Tatar və Monqolun atası İlixan Türküstanı iki hissəyə bölür. Türküstanın şərq hissəsi Tatarın, qərb hissəsi Monqolun olur. Monqolun üçüncü nəslində atası Qaraxan olan və Orta Asiyanın ilk istilaçısı Oğuz xan dünyaya gəlir.

Həmçinin bax Oğuz xan Azərbaycan mifologiyası#Böyük Daşqın və Nuhun soyundan gələn Türk

İstinadlar

Ədəbiyyat Калинина Т. М. Восточноевропейские народы в ряду генеалогических легенд средневековых арабских сочинений // Восточная Европа в древности и средневековье. — М., 2001.

Kateqoriya:Türk mifologiyası Kateqoriya:Xalqların əfsanəvi əcdadları Kateqoriya:Eponimlər Kateqoriya:Türk xalqlarının əfsanəvi əcdadları