V Ceyms (; ) — Şotlandiya kralı.
Atasının 1513-cü ildə ingilislərlə döyüşdə öldürülməsinin ardından hələ 1 yaşında ikən Şotlandiya kralı elan olundu. Təkbaşına hakimiyyəti ələ aldığı 1528-ci ilədək hakimiyyət anası Marqarita Tüdor və taxt naibi olan digər əsilzadələrin əlində oldu. Protestantlıq Şotlandiyada məhz onun səltənətində yayılmağa başladı. Digər yandan İngiltərə kralı olan dayısı VIII Henrinin 1530-cu illərdə Roma-Katolik kilsəsiylə bütün münasibətləri kəsməsi nəticəsində Şotlandiya Roma papasının bölgədəki tək dəstəkçisi oldu. 1537-ci ildə Roma papası III Paul tərəfindən Xristian İnancının Qoruyucusu ünvanını aldı.
Qazandığı siyasi nüfuz səbəbilə ard-arda 2 fransız əsilzadəsiylə evləndi. Məşuqələrindən doğulan çoxsaylı nigahdan kənar övladının olmasına baxmayaraq, rəsmi nigahlarından yalnız bir qızı dünyaya gəldi. İngilislərlə döyüş meydanında həlak olmasının ardından 1542-ci ilin dekabrında cəmi 6 günlük olan yeganə qızı Mariya Stüart Şotlandiya kraliçası oldu.
Ailəsi İlk evliliyi 1 yanvar 1537-ci ildə Fransa kralı I Fransiskin qızı Madlenlə Parisdə Notrdam kilsəsində baş tutdu. Ancaq cəmi 6 ay sonra xanımı vəfat etdi və bu nigahdan övladı olmadı.
İkinci evliliyi 18 iyun 1538-ci ildə Fransalı Mariya ilə baş tutdu. Cütlüyün bu nigahdan 3 övladı doğulsa da, bunlardan yalnız bir qızı yetkinlik yaşına çatdı.
Ceyms Stüart (22 may 1540 - 21 aprel 1541) Artur Stüart (12 aprel - 20 aprel 1541) Mariya Stüart
Mənbə
Ellis, Henry, 'A Household book of James V', in Archaeologia, vol. 22, (1829), 1-12
İstinadlar Kateqoriya:Tacdar uşaqlar