Kərim Novruzov və ya tanınan adı ilə Ağakərim () — Azərbaycan meyxanaçısı.

Həyatı

Erkən illəri 1964-cü ildə Bakının Maştağa kəndində anadan olmuşdur. 1981-ci ildə 209 saylı orta məktəbi bitirmişdir. Təhsil illərində onda ədəbiyyata həvəsi bu fənnin müəllimi Seyidxanım Yəhyayeva oyatmışdır.

Yaradıcılığı Meyxana marağı qonşusu Ağasəlim Çıldağın audio kasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medalı alıb. 2001-ci ildə "Bu gedər, o biri gələr" adlı albomu işıq üzü görmüşdür.

Şəxsi həyatı Bir müddət diabetdən əziyyət çəkən meyxanaçı, 2017-ci ilin mart ayında insult keçirib. 2021-ci ilin dekabr ayında ikinci dəfə insult keçirib. 19 dekabr 2025-ci ildə dünyasını dəyişib və 20 dekabr 2025-ci ildə Maştağa qəsəbəsində Seyidlər qəbiristanlığında torpağa tapşırılıb.

Musiqi repertuarı

İstinadlar

Kateqoriya:Meyxanaçılar