Xose Qomeş () — Premyer Liqa təmsilçilərindən olan Benfika FK klubunda hücumçu kimi çıxış edən peşəkar Portuqaliya futbolçusu.

Klub karyerası Qomeş Qvineya-Bisaunun Bisau şəhərində anadan olmuşdur. Qomeş Portuqaliyada gənclər turnirində iştirak etdikdən sonra, 2011-ci ildə 13 yaşı olarkən Benfika FK klubunun gənclər akademiyasına daxil oldu. Bir il sonra isə yenidən öz ölkəsinə qayıtdı.

Qomeş öz peşəkar karyerasında debütünü 6 avqust 2016-cı ildə Benfika B klubu ilə 2016–17 LiqaPro görüşündə Kova da Piyedade klubuna qarşı oyunda etmişdir. 22 gün sonra o, reserv komanda ilə ilk qoluna imza atmışdır. Həmin görüşdə Benfika Vizela klubuna səfərdə 2–1 hesabı ilə qələbə qazanmışdır. Qomeş əsas komanda ilə debütünü 9 sentyabr 2016-cı ildə Premyer Liqada Aruka klubuna qarşı oyunda etmişdir. Sadəcə 128 saniyə meydanda olan Qomeşin komandası görüşdə 2–1 hesabı ilə qələbə qazanmışdır. Qomeş Benfikanın əsas komandası ilə debüt edən üçüncü ən gənc oyunçudur.

Milli karyerası Qomeş Portuqaliya U-17 millisi ilə Azərbaycanda keçirilən 2016 Avropa U-17 Çempionatında çempion olmuşdur. Qomeş vurduğu 7 qolla turnirin Ən Yaxşı Oyunçusu mükafatına layiq görülmüşdür.

Uğurları

Milli komanda Portuqaliya UEFA Avropa U-17 Çempionatı: 2016

Fərdi 2016 UEFA Avropa U-17 Çempionatı — Bombardir (7 qol) 2016 UEFA Avropa U-17 Çempionatı — Ən Yaxşı Oyunçu mükafatı

İstinadlar

Xarici keçidlər Benfica official profile José Gomes' career statistics at LPFP

National team data

Kateqoriya:Portuqaliya futbolçuları Kateqoriya:Portuqaliyanın kişi futbolçuları Kateqoriya:Legioner Portuqaliya futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Serenyo FK futbolçuları Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:Kipr Birinci Diviziyası futbolçuları Kateqoriya:Ekstraklasa futbolçuları Kateqoriya:Rumıniya Liqa 1 futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Benfika FK futbolçuları Kateqoriya:Çernomorets Odessa FK futbolçuları Kateqoriya:Birinci Peşəkar Futbol Liqası (Bolqarıstan) futbolçuları Kateqoriya:ÇFR Kluj futbolçuları Kateqoriya:Kiprdəki əcnəbi kişi futbolçular