Eyad Hammoud (Bolqarca: Ияд Хамуд; 24 iyul 2001-ci ildə anadan olub) — Çempionşip təmsilçilərindən olan Şeffild Uensdey komandasında hücumçu kimi çıxış edən peşəkar Bolqarıstan — Livan futbolçusu.
Karyerası
Lokomotiv Plovdiv Hammoud öz peşəkar karyerasında debütünü Lokomotiv Plovdiv klubu ilə 20 noyabr 2016-cı ildə yerli derbilərdən sayılan Botev Plovdiv klubu ilə oyunda etmişdir. Meydana 15 yaş 3 ay 26 günlüyündə çıxan Hammoud Bolqarıstan Milli Futbol Çempionatında oyuna çıxan ən gənc ikinci futbolçu hesab edilir. Həmin görüşdə Lokomotiv 2-0 hesabı ilə qələbə qazandı və Hammoud birinci qol vurularkən qol ötürməsi ilə yadda qaldı.
Şeffild Uensdey 2017-ci ilin əvvəllərində Hammoud Şeffild Uensdey klubunda baxışdan keçmişdir. O, yayda klub ilə müqavilə imzalamaq üçün Lokomotiv klubuna geri dönmüşdür. 27 iyun 2017-ci ildə Hammoud icazə əldə edənə qədər klubun U-18 millisi ilə iki illik müqavilə imzalamışdır.
Milli karyerası
Gənclər Hammoud 23 may 2017-ci ildə Bolqarıstan U-16 millisi ilə Kipr U-16 millisinə qarşı oyunda iştirak etmiş və görüş 1-1 hesabı ilə başa çatmışdır.
Karyera statistikası
Klub
Klub performansıLiqaKubokKontinentalDigərÜmumiKlubLiqaMövsümOyunQolOyunQolOyunQolOyunQolOyunQolBolqarıstanLiqaBolqarıstan KubokuAvropaDigərBolqarıstan Superkuboku görüşləri daxildir.ÜmumiLokomotiv PlovdivBirinci Liqa2016–173000––30 Ümumi 3 0 0 0 0 0 0 0 3 0Karyera statistikası 3 0 0 0 0 0 0 0 3 0
Şəxsi həyatı Hammoud Livanda anadan olmuşdur. Onun atası Omar Hammoud Livanlı, anası Mariya isə Bolqarıstanın Burqas şəhərindəndir. 2009-cu ildə Hammoudun 8 yaşı olarkən ailəsi Bolqarıstanın Plovdiv şəhərinə köçmüşdür. O, həm Bolqarıstan, həm də Livan vətəndaşıdır.
Uğurları
Fərdi Bolqarıstan Birinci Liqası İlin debütü (1): 2016* (*Kristian Dobrev ilə birlikdə)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bolqarıstan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Birinci Peşəkar Futbol Liqası (Bolqarıstan) futbolçuları