Gədikvəng — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 24 km şimal-şərqdə, Erdəpin çayının sahilində, Alagöz çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.138 qeyd edümişdir. Kəndin adı Qoturvəng, Qoduxvəng, Gedikvəng kimi göstərilsə dəMirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997. s.212, Kəndin əsil adı "Gədikvəng"dir. Kəndin adı X əsrdə çəkilirYeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, "Haypetrat", 1955. s.69.

Toponimi Toponim Azərbaycan dilində "dağın beli, aşırım"Azərbaycan dilinin izahlı lüğəti, III c., Bakı, "Elm", 1983. s.149, "dağın belində batıq yer, aşırım, dağ keçidi" mənasında işləqək gədik sözü iləMəmmədov N. G. Azərbaycan Respublikasının oronimləri, Bakı, Bakı Universiteti nəşriyyatı, 1999. s.115, "dini məbəd, kilsə, abidə"mənasında işlənən vəng sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1946-cı ilədək Qoturvəng adlanmışdır, lakin yerli tələffüz forması Qoduqvəngdir. Əgər toponim Gədikvəngdirsə, onda Azərbaycan dilində gədik və vəng "kilsə" sözlərindən ibarətdir və "gədikdə (dağ belində batıq yerdə) yerləşən vəng" mə’nasını verir.

Əhalisi Kənddə 1873-cü ildə 142 nəfər, 1886-cı ildə 201 nəfər, 1897-ci ildə 206 nəfər, 1904-cü ildə 126 nəfər, 1914-cü ildə 138 nəfər, 1916-cı ildə 273 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.92–93, 162–163. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra əhalinin sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 71 nəfər, 1926-cı ildə 139 nəfər, 1931-ci ildə 171 nəfərerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.93, 163, 1959-cu ildə 313 nəfər, 1970-ci ildə 396 nəfər, 1979-cu ildə 537 nəfərHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.875 1987-ci ildə 600 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Azərbaycanlılar Ermənistan dövləti tərəfindən öz ata-baba torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri