Kotanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
Tarixi Rayon mərkəzindən 20 km şimal-şərqdə, Arpaçayın sağ qolu olan Kotanlıçayın sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Kotanı kimiİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.59, Qafqazın 5 verstlik xəritəsində KotanlıД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.142, erməni dilində Kyotanlu formasında422, s.101 qeyd edilmişdir. Kotanlı kəndi kənddən 1 km aralıda tarixən mövcud olmuş və Kuteni (Kotanlı) adlandırılmış Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, "Haypetrat", 1955. s.101 kəndin yaxınlığında salınmışdır.
Toponimi Toponim qıpçaq türk tayfasından olan kotan etnoniminəГейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.50 mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə əmələ gəlib "kotan tayfasına mənsub yaşayış yeri" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Qarmraşen (Qırmızıkənd) qoyulmuşdur. 1949-cu ildə kəndin əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. Azərbaycanda və Ermənistanda türkmənşəli bir sıra toponimlərdə "Kotan" sözü əsas е’tibarilə iki mə’nadadır: Qıpçaqların mənbələrdə qeyd olunmuş Kotyan tayfasınınV.Q.Tizеnqauzеn. Сборник материалов, относэрихса к истории золотой орды. Том I, Спб, 1894, с. 540–541 adını əks etdirir. Bə’zi toponimlərdə isə türk dillərində kutan "qışlaqda maldarların düşərgə yeri", "tövlə" Bax:Мурзаев Э.М. Словарь народных географических терминов. М., 1984. Koş-Kutan, "gecələr heyvan salınan yеr", "qoyun üçün ağıl"Budaqov L.Z. lüğəti, II, 70sözündəndir.Bu kənd еrkən orta əsrlərdə Anadoluda yaşamış Kotan (Kotyan) tayfasınınHüsеynzadə Ə. Şəki coğrafi adının mənşəyi. S.M.Kirov adına ADU-nun "Еlmi əsərləri", 1974, № 8.məskunlaşması nəticəsində yaranmışdır.
Əhalisi Kənddə 1873-cü ildə 256 nəfər, 1886-cü ildə 392 nəfər, 1897-ci ildə 456 nəfər, 1904-cü ildə 611 nəfər, 1914-cü ildə 672 nəfər, 1916-cı ildə 532 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.90–91, 158–159. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 61 nəfər, 1926-cı ildə 193 nəfər, 1931-ci ildə 351 nəfər azərbaycanlı yaşamışdır. Ermənistan dövləti 1988-ci il noyabrın 28-də kənddə yaşayan azərbaycanlılar zorla tarixi-etnik torpaqlarından qovmuşdur. İndi ermənilər yaşayır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri