Aşağı Xələfbəyli () — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanının Gərmədüz bəxşində qışlaq.
Tarixi İran şahının vəliəhdi Abbas mirzə naibəssəltənə Mehdiqulu xan Cavanşirin küşikçibaşısı Xələf bəy Yağləvəndli-Cavanşirə yurd yeri vermişdi. 1828-ci ildə Xələf bəy Qarabağa dönəndən sonra bu yurdda Hacıəlili elinin Gəncəli oymağı yerləşdi. Aslanduz-Xumarlı yolunun sağ tərəfində qərar tutur.
Coğrafiyası Araz çayının sahilində, Xumarlı şəhərindən 42 km aralıda yerləşir.
Əhalisi Kənddə 2006-cı il siyahıya alınmaya görə 161 nəfər yaşayır (36 ailə).
Həmçinin bax Xələfbəyli
İstinadlar
Kateqoriya:Xudafərin şəhristanının kəndləri