Azərbaycan–Belarus münasibətləri — Azərbaycan Respublikası ilə Belarus arasındakı mövcud ikitərəfli əlaqələr.

Tarixi Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.

Büro, Hetq və OCCRP-nin birgə jurnalist araşdırmasına görə, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Belarusun özəl silah istehsalçısı Tetraedr-dən aldığı Peçora-2TM hava hücumundan müdafiə sistemi ilə Ermənistana məxsus pilotsuz təyyarələri vurub.

Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin iyun ayının 11-də qurulmuşdur.Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az

Belarus Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildirATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərə dair ümumi tarixi arayış . lib.aliyevheritage.org, 31.01.2009 .

Məhərrəm Əliyev 2023-cü ildən Azərbaycanın Belarusdakı səfiridir.

Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Bəhruz Qəndilov olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az . 4 mart 2016-cı il tarixindən Ziyad Səmədzadə işçi qrupunun rəhbəridir.

İqtisadi əməkdaşlıq Əmtəə dövriyyəsi (min doll.) İlİxracIdxalÜmumi dövriyyəsi2020164 915,53148 248,21313 163,742021295 502,27128 987,01424 489,28202296 864,17266 733,56363 597,73202331 816,59324 772,80356 589,39202448 486,74457 685,18506 171,92

Mədəni əlaqələr thumb|Belarus Milli Kitabxanası V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Qardaşlaşmış şəhərlər Sumqayıt, Azərbaycan – Mogilyov, Belarus Şəki, Azərbaycan – Slutsk, BelarusQardaşlaşmış şəhərlər . azerbaijans.com Mingəçevir, Azərbaycan – Polotsk, Belarus

Poçt markaları Azərbaycan və Belarus poçtları tərəfindən 2011-2016-cı illərdə 5 dəfə birgə buraxılış çap olunmuşdur.

İdman sahəsində əməkdaşlıq thumb|1972 Yay Olimpiya Oyunlarının qızıl medalçısı olmuş Belarus əsilli Sovet idmançısı Olqa Korbuta həsr olunmuş Azərbaycan poçt markası (1996)9 Aprel, 1996. Atlanta Olimpiya Oyunları-96 . azermarka.az, 09.04.1996

Futbol qarşılaşmaları

Həmçinin baxın Belarus və qarabağ münaqişəsi (:ru:Белоруссия и карабахский конфликт)

İstinadlar

Xarici keçidlər İkitərəfli münasibətlər