Mehman Rafiq oğlu Hüseynov () — Azərbaycan bloqçusu, jurnalisti və siyasətçisi.

Həyatı Mehman Hüseynov 24 noyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr təhsili alıb.

Həbs edilməsi Mehman Hüseynov həbs olunmamışdan əvvəl onun başına torba keçirilib polislər tərəfindən qaçırılmışdı. O deyirdi ki, artıq nəfəs ala bilmirdim. 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsində, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin Mehman Hüseynovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham iddiası üzrə məhkəmə prosesi baş tutdu. Hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən proses qısa sürdü və Mehman Hüseynov 2 il müddətində azadlıqdan məhrum edildi. O, 3 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olmuşdur.

Yenidən cinayət işi Mehman Hüseynova dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək ona bədən xəsarəti yetirməsi iddiası ilə yenidən Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıldı.

Həbsdən azad edilməsi

2019-cu ilin yanvarın 19-da Demokratik Qüvvələrin Milli Şurası mitinq keçirib. Mitinqin keçirilmə məqsədi bloger Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub.

Aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq", "Mehman Hüseynova azadlıq", "Bu vətən bizimdir", "Biz qalib gələcəyik","İlham rədd ol" və başqa şüarlar səsləndiriblər.

İstinadlar

Həmçinin bax Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu

Xarici keçidlər

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan bloqqerləri Kateqoriya:Azərbaycan videobloqqerləri Kateqoriya:Azərbaycanlı məhbuslar və məhkumlar Kateqoriya:Azərbaycanda Amnesty International tərəfindən vicdan məhbusu elan edilmiş şəxslər Kateqoriya:"Nərgiz" mükafatının qalibləri Kateqoriya:Azərbaycanda məhbuslar və məhkumlar Kateqoriya:Bakı İstintaq Təcridxanasının məhbusları Kateqoriya:Free Media Awards laureatları