Azərbaycan–Mavritaniya münasibətləri — Azərbaycan Respublikası ilə Mavritaniya İslam Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin oktyabr ayının 29-da qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az .
Fövqəladə və səlahiyyətli səfirlər Azərbaycan səfirləri İqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Mavritaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri var.
16 yanvar 2013-cü il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev igamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Mavritaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdurAzərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli səfiri T.İ. Əliyevin iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Mavritaniya İslam Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli, 2662 nömrəli Sərəncamı. e-qanun.az .
Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 24 aprel 2020-ci il tarixindən Şahin Seyidzadə işçi qrupunun rəhbəridir.
İstinadlar