Bəhlul Mustafazadə () — azərbaycanlı futbolçu. Ağdamın "Qarabağ" klubunun və Azərbaycan milli futbol komandasının müdafiəçisi.
Erkən həyatı Bəhlul Ələmdar oğlu Mustafazadə 27 fevral 1997-ci ildə Bakıda anadan olmuşdur. Əslən İmişli rayonundandır.
Klub karyerası
Qəbələ Mustafazadə Qəbələ FK akademiyası vasitəsilə inkişaf etmişdir. Mustafazadə 1 yanvar 2017-ci ildə Qəbələ FK klubundan Sumqayıt FK klubuna icarəyə verilmişdir.
Sumqayıt Mustafazadə öz peşəkar karyerasında debütünü Sumqayıt klubu ilə 9 fevral 2017-ci ildə etmişdir. O, Kəpəz PFK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Sumqayıt Azərbaycan Premyer Liqası görüşündə Kəpəzə 3–1 hesabı ilə qalib gəlmişdir.
Sabah 2019-cu ildə B. Mustafazadə Sabah klubuna keçdi və klubla 3 illik müqavilə imzaladı. 2021-ci ildə "Sabah"dan BƏƏ-nin "Əl-Əyn" klubuna Azərbaycan üçün heç də az hesab edilməyən 500 min avroya (təxminən 930 min manat) keçid etdi. "Əl-Əyn" daha sonra bu keçiddən imtina etsə də, "Sabah" klubunun FİFA-ya şikayətindən sonra dünyanın ali futbol qurumu Azərbaycan təmsilçisinin şikayətini haqlı hesab etdi. Ərəblərin CAS-a müraciəti də onlar üçün müsbət nəticə vermədi. İdman Arbitraj məhkəməsi də Azərbaycan klubunun xeyrinə qərar verdi. Bu məsələyə 2023-cü ildə yekun vuruldu və "Sabah" nəinki onlara çatmalı olan 500 min avronu, həmçinin müəyyən qədər əlavə təzminat da əldə etdi.
Karyera statistikası
Klub
KlubMövsümLiqaÖlkə KubokuBeynəlxalqÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolQəbələ U192016–17000021020Sumqayıt (icarə)2016–17Premyer Liqa40000040Sumqayıt(icarə)2017–18Premyer Liqa1625000212Qəbələ2018–19Premyer Liqa2315010281Sabah2019–20Premyer Liqa1801000190Sabah2020–21Premyer Liqa1710000171Qarabağ2021–22Premyer Liqa1602030210Qarabağ2022–23Premyer Liqa14010110270Ümumi karyera10841401701394 1 19 yaşlılar arasında UEFA Çempionlar Liqası görüşləri daxildir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları