Azərbaycan–Mali münasibətləri — Azərbaycan Respublikası ilə Mali Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1996-cı ilin noyabr ayının 26-da qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az .
Azərbaycanla Mali arasında əlaqələr beynəlxalq təşkilatlar, əsasən də BMT və İƏT çərçivəsində mövcuddurAzərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin kurasiyasında olan ölkələrlə ikitərəfli münasibətlər . rabat.mfa.gov.az .
Fövqəladə və səlahiyyətli səfirlər Azərbaycan səfirləri İqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Mali Respublikasında fövqəladə və səlahiyyətli səfiri var.
27 fevral 2013-cü il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev igamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Mali Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdurAzərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri T.İ.Əliyevin iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Mali Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2013-cü il tarixli, 2746 nömrəli Sərəncamı. e-qanun.az .
İstinadlar