"Sport-Don" — idman kompleksi. Rostov-na-Donu şəhərində 20 okrtyabr 1967-ci ildə inşa edilmişdir.

Rusiyanın cənub regionunun ən böyük idman kompkeksidir. Bina 1967-ci ildə inşa edilsə də, layihə 1956-cı ildə hazırlanmışdır. Bina cəmi bir il ərzində inşa edilmişdir. İdman kompleksi tikildiyi dövrdə Sovetlər Birliyinin beş ən yaxşı idman tikilisi hesab edilir.

Adres: Rusiys, Rostov-na-Donu ş, Xalturinski xiyabanı, 103

Təsviri Əsas idman komlekski 2800 km² əraziyə sahibdir. Bir necə saat ərzində buz meydançası konsert zalına çevrilir. İdman kompleksi ümumilikdə 4000 tamaşaçı tutur. Buzsuz variantda isə idman zalı 5000 nəfər tamaşaçı tutur. İdman kompleksinin inşasından bu günə kimi 50 mln tamaşaçını qəbul etmişdir.

İdman sarayı Rostov hokkey klubu və Rostov-Don həndbol klublarının ev arenası rolunu oynayır. Yaxın zamanlarda binanın təmiri planlaşdırılır.

Tarixi Binanın inşası zamanı heç də ürək açan tərzdə başlamamışdır. Məlumdur ki, idman komleksi qəbiristanlıq ərazisində salınmışdır. Burada hətta şəhərin məşhur şəxsləri dəfn edilmişdir. Onların bir çoxu bu gün də burada qalır. Qəbiristanlıq haqqında ilk məlumat 1785-ci ildə verilmişdir. 1865-ci ildə qəbiristanlığın yerində kilsə inşa edilmişdir. 1930-cu ildə kilsə "Burjaziya qalığı" elan edilərək fəaliyyəti dayandırılmışdlr. 1966-cı ildə bina tamamilə partladılmışdır.

1960-cı illərdə burada idman sarayının inşasına başlanılmışdır. Üstəlik tikinti yerinin ətrafı hündür hasarlarla örtülmüşdür.

Rostov İdman sarayının açılışı 20 oktyabr 1967-ci ildə baş tutmuşdur. 23 fevral 1986-cı ildə binada idman təhsil mərkəzi təsis edilmişdir.

2003-cü ilin dekabrında İdman sarayında buz katoku təşkil edilmişdir.

İstinadlar

Kateqoriya:Memarlıq Kateqoriya:Əlifba sırasına görə stadionlar