Uncharted 3: Drake’s Deception — Naughty Dog tərəfindən hazırlanıb Sony Computer Entertainment tərəfindən nəşr edilən, döyüş-macəra, platforma və üçüncü şəxs atıcı növlərindəki, yalnız PlayStation 3 üçün hazırlanan videooyunu. Uncharted seriyasının Uncharted 2: Quldurlar Arasında'dan sonra çıxan üçüncü oyunArne Meyer (2010-12-09). "'Uncover the truth in UNCHARTED 3!'" . Sony Computer Entertainment. Alındı 2010-12-09.. Şimali Amerikada 2011-ci ilin Noyabrın 1-də, Avropada 2011-ci ilin Noyabrın 2-də, Avstraliyada isə 2011-ci ilin Noyabrın 3-də satışa çıxarılmışdır. Bəzi əlavələ məzmunlar ehtiva edən "İlin Oyunu" versiyası isə Şimali Amerikada 2012-ci ilin Avqustun 28-də, Avropada isə 2012-ci ilin Sentyabrın 21-də satışa çıxarılmışdır.
Uncharted 3 qəhrəmanı Neytan Dreyk'in və ağıl müəllimi Viktor Sullivan'ın əfsanəvi itkin şəhər olan Quranda bəhs edilən sütunlar İramını axtaran Rub əl-Xali səhrası kimi yerlərə dünya səviyyəsində səyahət etdiyini görür. Elena Fişer və Kloyi Freyzer də Uncharted 3-də geri dönürlər. Sujet, Tomas Edvard Lourensin arxeologiya günlərindən qaynaqlanmaqdadırCef Censen (2010-12-09). "'Uncharted' exclusive: Your first look at 2011's must-play videogame 'Uncharted 3: Drake's Deception'" . Əyləncə Həftəlik. Alındı 2010-12-09.. Naughty Dog'un ictimaiyyət strateqi Arne Meyer, "Uncharted 3'ün əsas mövzusunun 'yolu tapmaq'" olduğunu ifadə etdi."Voices of Igromir 2011. Arne Meyer: "Expectations inside the studio are always higher than external"" . 2011-10-25. Alındı 2011-10-25.
Uncharted 3: Drake’s Deception tənqidçilər tərəfindən bəyənildi, baxılış ümumi veb saytında Metacritici %92-ə çatdı və 2011-ci ilin ən yaxşı videooyunlarından biri halına gəldi"Uncharted 3: Drake's Deception for PlayStation 3 Reviews, Ratings, Credits, and More" . Metacritic. Alındı 2012-06-08.. Uncharted 3, rəy verənlər ssenari aktyorluq, qrafik, kino kimi sahələri çox sevdiklrəinə görə oyun "İlin Oyunu" mükafatı aldı, ancaq oyun texniki problemlərə, tək-oyuncu əlavələrinin qıtlığına və başqa səbəblərə görə tənqid olundu. Oyun satışa çıxarıldığı gündə dünya üzrə 3.8 milyon kopiya sövq etdi. Uncharted 3'ün dəvamı və son oyunu olan Uncharted 4: A Thief’s End, 2016-cı il mayın 10-da PlayStation 4 üçün xüsusi olaraq satışa çıxarıldı. 2015-ci il oktyabrın 7-də oyun digər iki sələfisi ilə Uncharted: Neytan Dreyk'in Kolleksiyasının bir hissəsi olaraq PlayStation 4 üçün satışa çıxarıldı.
Mükafatlar Uncharted 3: Drake’s Deception müxtəlif jurnallarda, sərgilərdə və oyun saytlarında çox sayda mükafat aldı. Uncharted 3, "İlin Oyunu" da daxil olmaq üzrə 2011 Spayk Video Oyun Mükafatlarında səkkiz mükafata namizəd göstərildi və tənqidçilər tərəfindən iki qalibiyyətə görə səs aldı"2011 Spike Video Game Awards: Complete Winners List" . GameRant.com. Alındı 2011-12-11.. Famitsu Oxucuların PlayStation 3 üçün təklif edilən ən yaxşı 50 əsəri olan Uncharted 3, üçüncü sırada iştirak etdi və siyahını yalnız ikinci sinifdəki ən müvəffəqiyyətli qərb oyunlarından biri etdiSəssiz Şef (The Silent Chief). "Famitsu Readers List Their Most Recommended PS3 Titles" . Thesilentchief.com. Alındı 2012-06-08.. Uncharted 3, İnteraktiv Əsərlər Və Elimləri Akedemiyasında 12 namizədlik"Uncharted 3 leads the 2012 AIAS Interactive Achievement Awards with 12 nominations (which is the most of the ceremony)" . Warp Zoned. 2012-01-14. Alındı 2012-06-08., Amerika Yazarlar Liqası Mükafatları 2011"UK developed Brink, Arkham City among WGA Awards nominees" . VG247. 2012-01-12. Alındı 2012-06-08.-də bir namizədlik və 12 İllik Oyun Hazırlayanların Seçimi Mükafatlarında"Skyrim, Portal 2, Bastion receive five GDC Awards nods" . VG247. 2012-01-06. Alındı 2012-06-08. üç namizədlik göstərdi. Uncharted 3' həm də, 8-ci İngilis Akademiya Video Oyunları Mükafatlarında altı namizədlik qazandı və Böyük Britaniyanın 2011-ci ildəki tək ictimayi səs istifadə edilən Oyun Mükafatı üçün namizədlik qazandı.Fillips, Tom (2012-02-16). "2012 BAFTA Video Game Award nominations list • News •" . Eurogamer.net. Alındı 2012-06-08.Yin, Vezlİ (2012-02-09). "Batman, Battlefield, Skyrim make BAFTA GAME Award shortlist • News •" . Eurogamer.net. Alındı 2012-06-08.
İstinadlar
Kateqoriya:Uncharted Kateqoriya:Döyüş-macəra videooyunları Kateqoriya:2011-ci ilin videooyunları Kateqoriya:XXI əsrin videooyunları Kateqoriya:PlayStation 3 videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:Üçüncü şəxs atıcılar Kateqoriya:ABŞ videooyunları Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar Kateqoriya:Hadisələrin Fransada cərəyan etdiyi videooyunlar Kateqoriya:Hadisələrin Suriyada cərəyan etdiyi videooyunlar Kateqoriya:Sony Interactive Entertainment oyunları Kateqoriya:Videooyun sikvelləri