Xorxe Emmanuel Morel Barrios (; 22 yanvar 1998, Asunsyon, Paraqvay) — Paraqvay təmsilçilərindən olan Quarani klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Paraqvay futbolçusu.
Klub karyerası Morel peşəkar karyerasına Quarani klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 15 fevral 2016-cı ildə Paraqvay Premyer Liqasında Sportivo Lukeno klubuna qarşı oyunda etmişdir. 2016-cı ildə Boqarin klubu ilə Paraqvay çempionu olmuşdur.
Milli karyerası 2015-ci ildə Morel Paraqvayın gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Morel Venesuela, Peru, Argentina, Ekvador və iki dəfə Kolumbiya və Braziliya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Braziliya millisinə qarşı oyunda Morel bir qolla yadda qalmışdır.
2015-ci ildə Morel Paraqvayın gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir. Turnirdə Morel Suriya və Fransa milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Suriya millisinə qarşı oyunda Morel bir qolla yadda qalmışdır.
2017-ci ildə Morel Paraqvayın gənclərdən ibarət milli komandası ilə Ekvadorun ev sahibliyi ilə keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Morel Kolumbiya, Çili, Braziliya və Ekvador milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Uğurları
Komanda "Quarani" (Asunsyon) Paraqvay Futbol Çempionatı — Klausura 2016
İstinadlar
Xarici keçidlər Статистика на soccerway
Kateqoriya:Legioner Paraqvay futbolçuları Kateqoriya:Estudiantes FK futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri