Məzmun Film kəndli balası Hətəmin başına gələn əhvalatdan söz açır. Filmin baş qəhrəmanı Hozu ucqar kənddən Bakıya öz əmisioğlunun yanına işləməyə gəlir. Əmisioğlu şirkət müdiridir. Əmisioğlu Ramiz narazı olmasa da həyat yoldaşı Səbinə Hozunun gəlişinə və evində qalmasına etiraz edir. Buna baxmayaraq Hozu gəlir və gəlişi ilə niyə Hozu ləqəbini daşıdığını nümayiş edir. Səbirli olsa da Səbinənin səbri daşır və rəfiqəsi Həlimə (Sevincin) vasitəsilə Hozunu Bakıdan kəndə geri göndərir. Lakin Hozu gedəndən sonra Həlimə (Sevinc) başa düşür ki, Hozunu sevir. Amma artıq gecdi, çünki Hozu kənddə toy edir.

Yaradıcı heyət Quruluşçu Rejissor: İlham Yaşaroğlu İdeya müəllifi: Elsevər Mehdizadə Ssenari müəllifləri: Tural Ağayev, Elsevər Mehdizadə, Məcid Hüseynov, Ramiz Hüseynzadə, Vüsal Hacı Qədir Quruluşçu Operator: Emin Hüseynov Quruluşçu Rəssam: İqbal Ağayev Prodüser: Məcid Hüseynov Montaj rejissoru: İlham Yaşaroğlu Səs rejissoru: Hafiz İbrahimov Səs operatoru: Vüsal Həsənov

Rollarda Məcid Hüseynov — Hətəm Natavan Həbibi — Həlimə Elza Seyidcahan Teymur Məmmədov — Hətəmin atası Nahidə Orucova — Hətəmin anası Tural Ağayev — Elnur Səbinə Əliyeva — Səbinə Elsevər Mehdizadə — Qakqili Ramiz Hüseynzadə — Ramiz Kərim Hüseynov — Kərim Səməd Səfiyarov — Məktəbli

Xarici keçid Treyleri izlə

Kateqoriya:Azərbaycanın romantik komediya filmləri Kateqoriya:2017-ci ilin filmləri Kateqoriya:2017-ci ilin Azərbaycan filmləri