Nadir Xuduş oğlu Abbasov — Azərbaycan Kommunist Partiyası Ağcabədi, Salyan və Ağdam rayon komitələrinin birinci katibi.

Həyatı 1925-ci ildə Gəncə qəzasında qulluqçu ailəsində anadan olmuşdur, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnsititunu və Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Sosialist Əməyi Qəhrəmanıdır (1976).

Əmək fəaliyyətinə 1942-ci ildə başlamışdır. 1944–1949-cu illərdə Sovet Ordusunda xidmət etmişdir. 1950-ci ildən rayon komsomol komitəsinin katibi, Kirovabad (indiki Gəncə) vilayət komsomol komitəsinin şöbə müdiri, şəhər komsomol komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1935–1955-ci illərdə partiya məktəbinin müdavimi, 1956-cı ildən Kirovabad toxulçuluq kombinatının, Nizami adına sovxozun partiya komitəsinin katibi, Kirovabad Şəhər Partiya Komitəsinin şöbə müdiri olmuşdur. 1962–1970-ci illərdə Gədəbəy, Qasım İsmayılov (indiki Goranboy)istehsalat idarələrinin partiya təşkilatçısı, Azərbaycan KP MK inspektoru, Azərbaycan KP Qasım İsmayılov RK-nın, Ağdam RK-nın birinci katibi vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan KP Salyan RK-nın birinci katibi, 1978-ci ildən isə Azərbaycan KP Ağcabədi RK-nın birinci katibi olmuşdur.

Azərbaycan SSR Ali Soveti mandat komissiyasının və Azərbaycan KP MK üzvü olmuşdur.

Yeddinci, səkkizinci, doqquzuncu, onuncu və on birinci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Arbatan seçki dairəsi).

Prezident təqaüdçüsü olmuşdur (2002).

Mənbə

İstinadlar

Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Salyan Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri