Nəzərov Əziz Nəzər oğlu () — partiya və dövlət xadimi.
Həyatı 1917-ci ildə Fevral inqilabı ərəfəsində İrəvanda Fəhlə Əsgər Deputatları Sovetinə (çörəkçilər ittifaqından) seçilmişdir. 1917-ci ildə Oktyabr inqilabından əvvəl Rostov-Don şəhərinə getmiş, mühəndis Saprunovun yanında sürücü kurslarında təlim almışdır. 1918-ci ildə Gəncə şəhərində yerləşən Gəncə stansiyasında işə düzəlmiş və burada Hümmət Partiyasına daxil olmuşdur.
1919-cu ildə ailəsini İrəvandan Gəncəyə gətirir. Azərbaycanın sovetləşməsi dövründə Gəncə stansiyası inqilab komitəsinin sədrinin müavini seçilir, may üsyanından sonra isə Gəncə stansiyası inqilab komitəsinin, Gəncə inqilab komitəsinin sədri seçilir. Sonra ikinci rayonun milis rəisi, 1924-cü ilə qədər Gəncə stansiyası Dəmir Yolları Xalg Komissarlığının mühafizə rəisi təyin olunur. 1920-ci ilin may ayında Əziz Nəzərov yoldaşları ilə birlikdə müsavatçıların əlindən zirehli qatarı (bronepoezd və vaqonları) alıb Azərbaycan İnqilab Komitəsinin rəhbərliyinə (Nəriman Nərimanova) verir. 1924-cü ildə Bakı şəhər Dəmir Yolları Xalg Komissarlığının mühafizə rəisinin köməkçisi vəzifəsinə təyin olunur.Ə. Nəzərovun tərcümeyi-halından. Ə. Mustafayevin şəhsi arxivindən
1926–1930-cu illərdə Bakı Şəhər Soveti inzibati şöbəsinin rəisi (sonralar həmin şöbə şəhər milisi adlandırılır).Əliyarli İ. M., Behbudov T. R. Azərbaycan daxili işlər organlarının tarixi. Ensiklopedik sorag kitabı. Xronoloji toplu: 1840–2003-cü illər. Bakı, 2003. Bakı milisinin ən gənc rəhbərlərindən biri olmuşdur.
1929-cu ilin sentyabr ayında quldur Aslanovun yaxalanması əməliyyatı zamanı ağır yaralanır. "Bakinski raboçi" və "Vışka" qəzetləri Ə. N. Nəzərovun vəziyyəti barədə məlumat dərc edib."Бакинский рабочий" qəzeti. 24.09.1929. № 224. Səh.4; "Вышка" qəzeti. 24.09.1929. № 223. Səh. 1.
1930-cu ilin sentyabr ayından dekabrına qədər Bakı şəhər prokuroru olmuşdur.Partiya arxivindən 13 iyun 1968-ci il tarixli 535 saylı arayış.
1930-cu ilin dekabr ayında öz xahişi ilə Moskvaya Senaye Akademiyasına təhsil almağa göndərilir. Təhsilini uğurla başa vurub mühəndis-kimyaçı diplomunu müdafiə edir və Stalinogorsk şəhərinə neft-kimya kombinatına təyinat alır. Böyük Vətən müharibəsi başlayana qədər burada işləyir və kombinatın baş mühəndisi vəzifəsinə qədər yüksəlir. 1941-ci ilin mayında Bakıya gayıdır. Təcrübəli kimyaçı mühəndisə ixtisası üzrə iş tapılmır. Mərkəzi kəndlilər evinə direktor göndərilir. 27 iyul 1942-ci ildə saxta ittiham əsasında həbs edilir, 18 oktyabr 1942-ci ildə hökm oxunur: on il müddətinə azadlıqdan məhrum edilsin, 5 il müddətinə hüquqlarından məhrum edilsin, ona məxsus əmlakı müsadirə olunsun.Azərbaycan SSR DİXK goşunlarının Hərbi tribunalının 18.10.1942-ci il tarixli hökmü 29 noyabr 1942-ci ildə Azərbaycan SSR DİXK gazamatında erkən vəfat edir.Azərbaycan polisinin tarixi. 1930–1991-ci illər. (Sənətlər, rəgəmlər, faktlar.) Bakı, 2013-cü il. Azərbaycan Respublikası Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun redaksiyası ilə — icmalın tərtibatçısı: Georgi Zapletin, istefada olan milis polkovniki)
8 may 1956-cı ildə Azərbaycan SSR Ali Məhkəməsi Rəyasət Heyətinin Qərarı ilə Azərbaycan SSR DİXK goşunlarının Hərbi tribunalının Nəzərov Əziz Nəzəroviçin barəsində 18.10.1942-ci il tarixli hökmü ləğv edilmiş və ona garşi irəli sürülmüş ittiham sübuta yetirilmədiyinə görə işə xitam verilmişdir.Azərbaycan SSR Ali Məhkəməsi Rəyasət Heyətinin Qərarı. Ə. Mustafayevin şəxsi arxivindən
Mükafatları Əziz Nəzərov Azərbaycan MİK Rəyasət Heyəti və Bakı şəhər Soveti tərəfindən adı yazılmış silahla təltif olunmuşdur. 1930-cu ildə Əziz Nəzərov iki dəfə: 1930-cu ilin mayında Bakı şəhər İcraiyyə Komitəsi Rəyasət Heyəti tərəfindən Sovet hakimiyyətinin daxili düşmənləri ilə mübarizədə göstərdiyi şücaətə və gəhrəmanlığa görə " Nagan " sistemli tapança ilə, 1930-cu ilin dekabr ayında Azərbaycan SSR MİK tərəfindən banditizmə garşı mübarizədə göstərdiyi şücaətə görə döyüş silahı ilə təltif edilmişdir.
Xatirəsi Adına Bakı və Gəncə şəhərlərində küçə vardır.
İstinadlar
Kateqoriya:Azərbaycan prokurorları Kateqoriya:Azərbaycan SSR siyasətçiləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Bakı şəhərinin prokurorları Kateqoriya:Repressiya qurbanları