Temernis gömrükxanası abidəsi — Rostov-na-Donu ərazisində yerləşən, şəhərin inşası və Temernis gömrükxanası haqqında anlaşmanın imzakanması məqsədilə 2010-cu ildə qoyulmuş monimental abidə. Abidənin inşasına Rostov-na-Donu şəhər administrasiyasının 2010-cu il 24 dekabr 890 saylı əmri ilə qərara alınmışdır..

Tarixi Abidə rəsmi olaraq 15 dekabr 2010-cu ildə açılışı gerçəkləşmişdir. Abidənin açılışı şəhərin yubleyi ilə eyni zamanda baş tutmuşdur. Abidə Novorossiysk şəhərində Rostov-na-Donu heykəltaraşlarının rəhbərliyi altında hazırlanmışdır. Abidanı Sergey Oleşnya və Anatoli Dementev hazırlamışdır. Onun hazırlanmasına 7 ay sərf edilmişdir.

24 fevral 2017-ci ildə belə bir məlumat yayılır ki, abidə ciddi şəkildə zərər görmüşdür. Onun vandallıq nəticəsində zərər görməsi deyilsədə əslində yol-nəqliyyat qəzasında zərər görməsi müəyyən edilmişdir.

Təsviri Kompleksin mərkəzində gömrük zabiti təsvir edilmişdir. Əlində isə 1731-ci ildə aid gömrük sənədi vardır. Üstəlik onun əlində digər gömrük sənədləri vardır. Bu abidənin hazlrlanmasımda tarixçilər belə iştirak etmişdir. Onlar o dövrü canladırılmasına yardım göstərmişlər. Abidənin hündürlüyü 2 metr 20 sm təşkil edir. Bürüncdən hazırlanmışdır. Abidənin montajı bir neçə saat çəkmişdir.

Abidə Bereqovoy küçəsi, ev 15 ünvanının qarşəsında yerləşir.

İstinadlar

Kateqoriya:Rusiya abidələri Kateqoriya:Rostov-na-Donu abidələri