İlkin Misgərli () — Azərbaycan aktyoru.
Həyatı İlkin Misgərli 6 yanvar 1983-cü ildə Salyan rayonunda anadan olmuşdur. Məktəb illərində Salyan rayon dövlət kukla teatrında işləmiş və aktyorluq təcrübəsi qazanmışdır. Təhsil aldığı Salyan rayon 4 saylı orta məktəbində keçirilən siniflər arası KVN yarışlarında öz aktyorluq məharətləri ilə seçilmişdir. Yaxın dostlarının dediklərinə görə hələ 5-ci sinifdə oxuyarkən gələcəkdə aktyor olacağını hər zaman deyirmiş. 2000-ci ildə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olunmuş, 2004-cü ildə universiteti bitirmiş, bir il Azərbaycan Dövlət Yuğ Teatrında işləmişdir.
Filmoqrafiya Bu Da Bu Bozbash Pictures My name is İntiqam (film, 2014) My name is İntiqam 2: Moldova (film, 2015) Axırıncı yol (film, 2016) Gizlənpaç (film, 2016) Stalinin başı (film, 2016) Palata 106 (film, 2016) Brat Li (film, 2017) Toydan sonra nağara (film, 2017) Bir xalanın sirri (film, 2018) Bombaltı (film, 2019) Buğlama Komedixana (film,2019-h.h) Kənd Havası(komediya teleserial)-Qasım
İstinadlar
Kateqoriya:Maşın Şounun iştirakçıları Kateqoriya:Azərbaycan komediyaçıları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları